Xanımlar- Diqqətli olun "Menopauza,qapınızı tez döyə bilər" !

























Müayinə etdiyim xanımlardan və oxuduğum xəbərlərdən çıxardığım bir nəticə var: Sağlamlıq baxımından "Xanımlar,özlərini dinləmir və tanımır!"

Məsələn, ən sıx görülən qadın problemlərindən biri də "Polikistik yumurtalıq sindromu"dur.Amma onun diaqnozu ümumiyyətlə evləndikdən sonra ana olmaq istənildiyində və hamilə qalmadığında qoyulur!!!
Halbuki evlilikdən öncə,adət nizamsızlığı yaşayan bir qadının bunu bir problem olaraq görüb, həll axtarışına girməsi ən doğru addım olacaq. Adət nizamsızlığı, bədəninizdə bir şeylərin yolunda getmədiyinin siqnalıdır.
Bir çox xəstəlik, diaqnoz üçün çox gec qalındığında müalicə edilə bilməz hala gəlir.Bu xəstəliklərdən biri də vulva və vaginada görülən atrofik dəyişiliklərdir.
Daily Maildə nəşr olunan və Amerika Menapoz Birliyi tərəfindən həyata keçirilən yeni bir araşdırmaya görə qadınların 80%-indən çoxu xroniki ağrıya səbəb ola biləcək ancaq əslində müalicə edilə bilən bu xəstəliyin adını belə eşitməmişdilər.
40 yaşdan yuxarı olan qadınların 45%-ini VVA, vulvanın yəni cinsiyyət orqanının xarici hissəsi və vaginada quruluq, qaşıntı, yanma, axıntı və digər narahatçılıqları vardır.
Müalicə edilməzsə xroniki vaginal ağrıya səbəb ola bilər və bu vəziyyət cinsi əlaqədən çəkinməyə səbəb verə bilir.
Estrogen hormon səviyyəsinin azalması və vaginal bölgənin qan təchizatının pozulması,vulva və vaginada atrofik dəyişiliklərin yaranma səbəblərindəndir Bu səbəbdən bu cür bir problem yaşadığınızda... "Menopauza gəlir!" ola biləcəyinizi düşünmək lazımdır.
P.S. Bəli xanımlar...Özünüzü tanımalısız. Nəticədə reallaşan bir problemi ancaq biz aydınlata bilərik. Həkimə getməkdən çəkinməyin və qorxmayın, özüzüzlə bağlı vəziyyətləri qiymətləndirməyi öyrənməliyik!...Son illərdə artmaqda olan "Südvəzi Xərçəngi","Uşaqlıq boynunun xərçəngi",Adət nizamsızlığı,menopauz və ağlınıza gələ biləcək hər bir problemlə bağlı suallarınızı cavablandırmaqda hazıram....
Qrip olduğunuzda necə həkimə gedirsinizsə, vaginada axıntı, qoxu, yanma, iltihab kimi bir problem yaşadığınızda da həkimə getməyinizi gecikdirməyin...!
Sağlam və xoşbəxt yaşamağınız diləyilə : Dr.Cəlil Bağırov

Benzer Konular
Sonraki
« Sonraki Konu
Önceki Konu
Önceki Konu »