Uşaqlıq boynunun eroziyası kimdə yarana bilər?

 
Uşaqlıq boynunun eroziyasını istənilən yaşda aşkar etmək mümkündür, lakin bu diaqnoz çox vaxt 20-35 yaşlı gənc qadınlara qoyulur. Bu xəstəliyə tez-tez cinsi həyat keçirən qadınlarda rast gəlmək olur, lakin eroziya qız uşaqlarında və doğmayan qadınlarda da yarana bilər. Psevdoeroziya riski yeniyetmə qızlarda, gənc qadınlarda və hamiləlik əleyhinə tabletlər qəbul edən qadınlarda daha yüksək olur. Həqiqi 
eroziya riski seksual partnyorlarını tez-tez dəyişən qadınlarda da yüksək olur. Uşaqlıq boynunun displaziyası riski də seksual partnyorlarını tez-tez dəyişən qadınlarda, habelə cinsi həyata 18 yaşından əvvəl başlayan şəxslərdə və siqaret çəkən qadınlarda yüksək olur.

Uşaqlıq boynunun eroziyasının simptomları və əlamətləri
Əksər hallarda uşaqlıq boynunun eroziyası simptomsuz keçir, buna görə də bu diaqnoz çox vaxt təsadüfən, ginekoloq tərəfindən növbəti profilaktiki baxış zamanı qoyulur. Buna baxmayaraq, uşaqlıq boynunun eroziyası seksdən sonra qanlı ifrazatlarla (çəhrayı, palıdı və ya tünd palıdı) və ya gözlə görünən səbəblər olmadan da özünü büruzə verə bilir. Eroziya zamanı ifrazatlar xoşagəlməz qoxu verə bilir. Ifrazatların xoşagəlməz qoxu verməsi iltihaba işarə edir.
Sağlıqlı yaşamaq diləyilə : Dr. Cəlil Bağırov


Benzer Konular
Sonraki
« Sonraki Konu
Önceki Konu
Önceki Konu »