Dr.Cəlil Bağırov|40 yaş üstü qadınlarda südvəzi xərçəngi riski gənc qadınlara görə 4 qat artım göstərir

 

Qadınlarda 40 yaşından sonra bədəndə hormonal tarazlığın dəyişməsi ilə birlikdə müxtəlif xəstəliklərlə üzləşirlər.
Necə deyerlər 40 gəldi dərd gəldi... Ancaq heç bir şikayət olmamasına baxmayaraq, menopauz sonrası meydana çıxan bir çox xəstəlik, davamlı müayinə və tədqiqlər sayəsində başlanğıc mərhələsində önlənə bilir.O üzdən 40 yaşın üzərindəki qadınların sağlamlıqlarını qorumaq üçün diqqət etməsi lazım olan nüansları nəzərinizə çatdırmaq istəyirəm...
Həyat keyfiyyətini artırmaq sizin öz əllərinizdədir...
40 yaşın üzərindəki qadınları yüksək təzyiq, piylənmə, hərəkətsiz həyat, diabet, stress və menopauz- xəstəlikləri qıcıqlandırıcı faktorlardır. Əsasən də südvəzi xərçəngi və ürək- damar xəstəliklərində görülən artımlar mövzusunda 40 yaşın üzərindəki qadınların daha diqqətli olması lazımdır. Alınacaq tədbirlərin həyat keyfiyyətini və müddətini artıracağı unudulmamalıdır.
Uzun müddət spirt və siqaretin qəbulu xərçəngə dəvətnamə yaza bilər...
Siqaretin insan sağlamlığı üzərindəki mənfi təsiri məlumdur. Spirt qəbulu da həzm enzimlerini pozub, qaraciyər və beyin üzərində mənfi təsir etməkdədir. Siqaret istifadəsi, başda ürək damar xəstəlikləri olmaq üzrə; ağciyər, yemək borusu,uşaqlıq boynu, mədəaltı vəzin,südvəzin, böyrək və qan xərçəngi riskini artırmaqdadır. Spirt istifadəsi isə qaraciyər və yemək borusu xərçənginə yol aça bilməkdədir.
Südvəzi xərçəngi riski 4 qat artır
40 yaş üstü qadınlarda südvəzi xərçəngi riski gənc qadınlara görə 4 qat artım göstərir. Qadınların müəyyən aralıqlarla öz-özünə südvəzi müayinəsi edərək südvəzi xərçəngini irəli mərhələlərə çatmadan özünə və həkiminə yardımçı olmuş olarlar. Əllə edilən müayinələrdə, südvəzi toxuması və quruluşuunda hər hansı bir dəyişiklik dərhal fərq edilə bilər. Bu da erkən diaqnoz qoyulmasını mümkün edəcək. Əllə müayinə mütləq ayda 1 dəfə edilməlidir. Bunun yanında illik həkim müayinələri və ultrasəs, mamografi kimi müayinələri də etdirmək həyati əhəmiyyət daşımaqdadır.
Doğru qidalanaraq sağlam yaşayın..
Doğru qidalanma ilə birlikdə kifayət qədər su qəbulu, bədən sağlamlığını qorumaq və toksinlərin atılması üçün çox əhəmiyyətlidir. Duz, şəkər, yağ və karbohidratların qəbulu azaldılmalıdır. Bədən çəkisinin normaldan az ya da çox olması müxtəlif sağlamlıq problemlərinə zəmin hazırlayar. Bunun üçün qidalanmaya diqqət edilməsinin yanında gündəlik idman fəaliyyətləri artırılmalıdır. Bədəni yormayacaq şəkildə gündəlik gəzintilər və ya üzmə kimi idmanlar axsatmadan edilməlidir. Fitness ya da yoga da, hərəkətli və sağlam bir həyat üçün əhəmiyyətlidir. Artıq çəki başda ürək damar xəstəlikləri olmaq üzrə diabet, bəzi xərçəng növləri və iflic riskini artırdığı unudulmamalıdır.
Qadınlar üçün həyati əhəmiyyət daşıyan testlər...
40 yaşından sonra qadınların xüsusilə müəyyən şikayətlər başlamadan əvvəl bir sıra əhəmiyyətli xəstəliklərin erkən diaqnozu qoyulmasına yardım edən bəzi müayinələrdən keçməlidirlər. Məsələn uşaqlıqboynu xərçənginin erkən diaqnozunda illik smear testleri və ya bağırsaq xərçənglərinin diaqnozunda nəcis və qan testləri və kolonoskopiya müayinəsi həyati əhəmiyyət daşımaqdadır.
Sümüklərinizi kalsium qəbulu ilə qoruyun...
Osteoporoz yəni sümük əriməsi, asan qırıqlara səbəb olduğu üçün qadınların yatağa bağlı qalmasına səbəb ola bilməkdədir. Daimi idman, gəzinti və kalsium qəbulunu artırmaq osteoporozdan qorunmaq üçün sizə yardımçı olmuş olar. Bunun yanında günəşdən doğru şəkildə istifadə etmək lazımdır. Çox miqdarda qəhvə, siqaret, spirt istifadəsi və bəzi dərmanların qəbulu osteoporoz yəni sümük əriməsi riskini artıra bilər.
Krassvord həll edərək yaddaşınızı gücləndirin...
Yaddaşı güclü etmək üçün yağlı, duzlu və şəkərli qidalardan uzaq dayanmaqla birlikdə idman etmək də əhəmiyyətlidir. Davamlı yeni şeylər öyrənmək və krassvord həll etmək də yaddaşın gümrah qalmasını təmin edəcək. Bununla birlikdə nizamlı cinsi həyatı davam etdirmək həm fiziki,həm də psixoloji baxımdan əhəmiyyətlidir.
Həyatınızın hər bir dönəmində sağlam yaşamaq diləyilə : Dr.Cəlil Bağırov

Benzer Konular
Sonraki
« Sonraki Konu
Önceki Konu
Önceki Konu »