Polikistoz yumurtalıq sindromu (PYS)


Polikistoz yumurtalıq sindromu (PYS) gənc xanımlarda görülən, ovulyasiyanın olmaması və ya pozulması, adət nizamsızlığı və tüklənmə ilə özünü göstərən, hamilə qala bilməməyin ən sıx səbəbidir.
PYS- piylənmə və insulin rezistenliyi ilə birlikdə tez-tez görülür və xəstəlik tablosu bu faktorların də əlavə olunması ilə daha da ağırlaşır. Ovulyasiya pozğunluğu, südvəzi və uşaqlıq xərçəngi riskini artırarkən, tüklənmə isə xanimin özünü yaxşı hiss etməməsinə və bu səbəbdən həyat keyfiyyətinə mənfi təsir edir. PYS diaqnozu olan qadınlarda insulin rezistenliyi və piylənmə kimi əlavə faktorlar səbəbiylə ateroskleroz,şəkərli diabet, hiperlipidemiya,arterial hipertenziya və xərçəng riski artmışdır.
Hirsutizm isə qadınlarda kişi tipi (kişiyə xas tüklənmə bölgələrində olması şərtdir) tüklənmənin verilən addır. Bu tüklər kişilərə xas bölgələr olan çənə, dodaq üstü, südvəzi, göbək altı və üstü, kürək, omba üstü, üst qol bölgəsi və baldırların daxili hissəsində çıxar. Çıxan tüklər sərt, tünd rəngli və qalın xüsusiyyətdədir.Hirsutizm bir xəstəlikdən çox, bir xəstəlik əlaməti olaraq təyin oluna bilər. Bu səbəblə də müalicəsi altda yatan səbəbə görə fərqlilik göstərir.
Hirsutizm isə qadınlarda kişi tipi (kişiyə xas tüklənmə bölgələrində olması şərtdir) tüklənmənin verilən addır. Bu tüklər kişilərə xas bölgələr olan çənə, dodaq üstü, südvəzi, göbək altı və üstü, kürək, omba üstü, üst qol bölgəsi və baldırların daxili hissəsində çıxar. Çıxan tüklər sərt, tünd rəngli və qalın xüsusiyyətdədir.Hirsutizm bir xəstəlikdən çox, bir xəstəlik əlaməti olaraq təyin oluna bilər. Bu səbəblə də müalicəsi altda yatan səbəbə görə fərqlilik göstərir.Sağlam yaşamaq diləyilə : Dr. Cəlil Bağırov


Benzer Konular
Sonraki
« Sonraki Konu
Önceki Konu
Önceki Konu »