"Körpənizə Ana südü verərək Döş Xərçənginə tutulma riskini azaldın!"


Uşağın ana südü ilə bəslənməsinin həm ana və həm də uşaq üçün saysız faydaları vardır. 
Beləki insan həyatında böyümənin ən sürətli olduğu ilk 24 aylıq dövrdə ana südü ilə qidalanmağın ayrı bir əhəmiyyət daşımaqdadır. Anaların bu dövrdə uşağı südlə bəslənməsi ilə əlaqədar məlumatlandırılması və doğru vərdişlər qazanmaları təmin edilməlidir. Bilindiyi kimi yeni doğulan uşaq üçün ən uyğun qida ana südüdür. Körpəyə İLK 6 AY ​​yalnız və yalnız ana südü verilməlidir!!!
Yeni doğan körpə üçün ən ideal qida ana südüdür. Uşağın ana südü ilə bəslənməsinin saysız faydaları vardır.
Əmizdirmənin Körpə Üçün Faydaları :
Hər zaman steril, istilik dərəcəsi idealdır,qızdırmağa eytiyac yoxdur.Tərkib baxımından körpənin ehtiyaclarına uyğundur. Həzmə kömək edən aktiv fermentlər (lipaza və s.), infeksiyanın qarşıni alan Ig'ler (IGA, IgG, IgM), hormonlar və böyümə faktorları daxildir. Ana südü ilə qidalandıqda körpədə,tənəffüs yolu və mədə-bağırsaq traktının infeksiyaları daha az görülər. Orta qulaq iltihabının riski azalmış olar, eyni zamanda çənə və diş inkişafında müstəsna rolu vardır. Bəzi xroniki xəstəliklərin meydana gəlmə riskini azaldır (məs. tip 1 diabet, ürək-damar xəstəlikləri və s.). Allergiyaya qarşı qoruyucudur. Körpənin ruhi, fiziki və zəka inkişafına köməkçi olar.
Əmizdirmənin Ana Üçün Faydaları :
Ananı, irəlidə ortaya çıxa biləcək osteoporoz riskinə qarşı qoruyar. Yumurtalıq xərçəngi və döş xərçənginə tutulma riskini azaldır. Uterusun köhnə halına dönməsinə köməkçi olaraq ananı həddindən artıq qan itkisindən və anemiyadan qoruyar. Bundan başqa əmizdirmə kilo verməyi asanlaşdırır. Sağlam və doğru qidalanan ana, əmizdirmə əsnasında enerji xərclədiyindən və süd istehsalı üçün yağ toxuması istifadə etdiyindən daha asan çəki itirir.Ana və körpə arasındakı İlahi bağlılığı isə bir az da gücləndirir. Ayrıca təbii bir sakitləşdiricidir və Körpənin normal yuxusunu bərpa edir.
Doğru Əmizdirmə Texnikaları :
Körpəni infeksiyadan qorumaq üçün, hər əmizdirmədən əvvəl əllər sabunla yuyulmalıdır. Əmizdirməyə başlanmadan əvvəl süd giləsi və ətrafı təmiz suyla silinməlidir. Karbonatlı, sabunlu su və s.sulardan istifadə edilməməlidir,əks halda istifadə zamanı döş başında çatlaq və yaraya səbəb ola bilər. Əmizdirərkən ana və körpə rahat olmalıdır. Döş ucu körpənin dodağına və ətrafına dəyilməməli, körpə ağzını açanda döş ucu və areola (ətrafındakı qəhvəyi qisim) körpənin ağzına yerləşdirilməlidir. Körpənin çənəsi ilə ananın döş başı arasında boşluq qalmamalıdır!!! Əks təqdirdə ağızdan nəfəs alması qaz meydana gəlməsinə səbəb ola bilər. Körpənin burun dəlikləri açıq olmalıdır. Əmzirildiktən sonra körpə yan yatırılmalıdır.
P.S. "Göylər gurlamasın, sellər axmasın, küləklər əsməsin, şimşək çaxmasın, Ana körpəsinə süd verən zaman".
Bəxtiyar Vahabzadənin bu deyimi,Ana ilə körpə arasında olan hissin nə qədər ülvü olduğunu bir daha sübuta yetirir.
Körpənizin və sizin sağlam yaşaması diləyilə....Dr.Cəlil Bağırov

Benzer Konular
Sonraki
« Sonraki Konu
Önceki Konu
Önceki Konu »