Sağlamlıq etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Sağlamlıq etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
İri süd vəzlərinə son(kəsiksiz)

İri süd vəzlərinə son(kəsiksiz)


Tarix boyunca böyük süd vəzisi qadınlıq rəmzi sayılıb, lakin günümüzdə böyük süd vəzi bir qüsur olaraq qəbul edilir. Yetkin dövrdə süd vəzin ölçülərinin bədən ölçülərinə görə böyük və sallaq olması "makromastiya”, cinsi inkişaf dövründə isə "giqantomastiya” adlanır. Süd vəzin ölçüləri bir çox səbəbdən böyüyə bilər:
1. Genetik faktor; 
2. Hormonal dəyişikliklər;
3. Kilo almaq;
4. Hamiləlik və süd vermək.
▶Böyük süd vəzi yalnız estetik problem deyil. Belə ki, süd vəzin böyüklüyünə bağlı olaraq qadında boyun və kürək ağrıları, baş ağrıları olur, eyni zamanda bel donqarlığı yaranır. Qadınların əksəriyyətini əməliyyat olunmağa məcbur edən məhz bu xronik ağrılardır. Böyük süd vəziləri olan qadınlar təmizlik problemləri ilə,südvezi altında dermatitlərlə, pis qoxuyla, göbələk infeksiyaları ilə sıx-sıx üzləşirlər. Nadir olaraq, sinirləri sıxma səbəbiylə əlin 4 və 5-ci barmaqlarında ağrı və keyləşmə ola bilər. Nəfəs almada güclük çəkə bilərlər. Həmçinin böyük süd vəzilər qadının əmək qabiliyyətini də məhdudlaşdırır, paltar seçimində çətinlik yaradır, qadının özünü bəyənməsində psixoloji və sosial problemlər törədir...
Heyatdan ve yaşamdan zövq almaq dileyile : Dr.Cəlil Bağırov
Devamını Oku
Dr.Cəlil Bağırov|"Hamilelik testləriylə" bağli bilmedikleriniz...

Dr.Cəlil Bağırov|"Hamilelik testləriylə" bağli bilmedikleriniz...




1. Bütün ev şəraitində istifadə olunan hamiləlik testlərinin iş prinsipi eynidir - onlar sidikdə "hamiləlik hormonu" olan xorionik qonadotropin (XQ) hormonunu təyin edir. Hamilə olmayan qadının orqanizmində bu hormon olmur. XQ hormonu embrion (döl) uşaqlıq boşluğu divarına implantasiya etdikdən ("yapışdıqdan") sonra döl yumurtası tərəfindən ifraz olunmağa başlayır. Daha sonra hormon qadının qanına düşür. Məhz bu səbəbdən qanda XQ daha tez təyin olunur. Laboratoriyalarda hamiləliyi təyin etmək üçün xüsusi qan testləri aparılır. Bu test hamiləliyi daha erkən təyin edir. Orqanizmdə olan bütün qan böyrəklərdə keçir və burada təmizlənir. Nəticədə XQ qandan böyrəklərə, böyrəklərdən isə sidiyə düşür və burada testin köməyi ilə təyin olunur.
2. Bahalı və ucuz hamiləlik testləri eyni işləyir və testin qiyməti onun dəqiq olub-olmadığına təsir etmir.
3. Testi günün istənilən vaxtı etmək olar. Lakin həkimlər bunu sübh tezdən etməyi tövsiyə edir. Gecə yuxusundan sonra sidik daha "qatı" olur ki, XQ sidikdə daha çox olur. Əgər qadın test etdikdən əvvəl çoxlu maye qəbul edibsə, test yanlış mənfi nəticə göstərə bilər.
4. Sidik testə düşdükdən sonra 1 zolaq mütləq görünməlidir. Bu kontrol zolaqdır. Əgər kontrol zolaq çıxmırsa və ya solğun çıxırsa, deməli hamiləlik testi xarabdır və ya onun yararlıq müddəti bitib. Bu halda aptekdən təzə test almaq lazımdır.
5. Testin nəticəsi əksər hallarda 5 dəqiqə ərzində qiymətləndirilir. Əgər bu müddət ərzində testdə 2-ci zolaq çıxmayıbsa, nəticə mənfi sayılır (yəni hamiləlik yoxdur). 10 dəqiqədən artıq nəticə gözləməyin. Vaxt keçdikcə, hava və s. xarici təsirlər nəticəsində test yanlış nəticə göstərə bilər.
6. Farmasevtlərin sözünə görə, hamiləlik varsa, test bunu mütləq göstərəcək. Yəni yanlış nəticənin ehtimalı, demək olar, sıfıra bərabərdir. Lakin bəzən qadınlar tələsir və testi lazım olandan daha tez edir. XQ yalnız mayalanmış yumurta hüceyrəsi uşaqlığın divarına implantasiya etdikdən sonra ifraz olunmağa başlayır. Bundan tez yox. 7. Əgər testdə 5 dəqiqə ərzində nazik da olsa ikinci xətt görünübsə, test müsbət sayılır. Növbəti gün testi təkrar etmək lazımdır - zolaq tündləşəcək. Bu hamilə qadının qanında XQ hormonunun sürətlə artması ilə bağlıdır.
8. Bəzən hamiləlik testi yanlış müsbət nəticə verə bilər. Bu hormonal müalicə alan (inyeksiya şəklində XQ hormonu alan) qadınlarda mümkündür. Testin digər yanlış müsbət nəticəsinin səbəbi qadında yumurtalıq şişin olmasıdır. Məhz bu səbəbdən hamiləliyin əvvəlində (təxminən 5-6-cı həftələrində) qadın USM-dən keçməlidir. USM zamanı dölün uşaqlıq boşluğu daxilində olması müəyyən edilirsə, hamiləlik təsdiq olunmuş sayılır.
9. Uşaqlıqdan kənar hamiləlik zamanı da test müsbət nəticə göstərir. Lakin uşaqlqıdan kənar hamiləlik zamanı XQ daha yavaş artır ki, testdə 2-ci xətt uzun müddət ərzində solğun çıxa bilər. Belə solğun ikinci xətdən uşaqlıqdan kənar hamiləlikdən şübhələnmək olar.
10. Kişilərdə hamiləlik testi... müsbət nəticə verə bilər. Xaya xərçəngi zamanı kişinin orqanizmində XQ hormonu ifraz olunmağa başlayır ki, hamiləlik testi də müsbət nəticə göstərir.
Sağlam yaşamağiniz dileyile : Dr.Celil Bağirov
Devamını Oku
 Qadinlarda baş verən Xerçengin elametleri...

Qadinlarda baş verən Xerçengin elametleri...




Hər il bütün dünyada müxtəlif növ xərçəng xəstəliklərinə tutulan və bu xəstəliklərdən dünyasını dəyişən insanların sayı artmaqdadır. Bu hal Azərbaycanda da kifayət qədər izlənilir. Nəzərinizə çatdıraq ki,hal- hazırda ilkin mərhələlərində aşkar olunmuş xərçəng xəstəliklərinin əksər hissəsi çox uğurla müalicə olunur, insanlar tam sağalır və daha sonra adi həyat sürürlər. Lakin əsas problem ondan ibarətdir ki, xərçəng xesteliyi çox hiyləgər ve arxadan vuran bir dost xəstəliyidir və ilkin mərhələlərdə əksər hallarda özünü çox cüzi simptomlarla büruzə verir. Lakin məlumatlı insan bu simptomları vaxtında görüb həkimə müraciət edə bilər. Xanimlarimiz utancliğindanmi,hansisa bir sebeblerden hekime gec muraciet edirler.Meqsedim ise yazdigim fikirlerin az da olsa xeyrinize olmasudir.Qadın cinsiyyət sistemi onkoloji xəstəliklərinə göre bütün dünyada kifayət qədər tez-tez təsadüf edilir. Qadınlar arasında sûdvezi xerçengi, uşaqlıq boynu xərçəngi ən tez-tez təsadüf edilən xərçəng növleridir. Bəs bu xərçəngin əlamətləri hansılardır.Vaxtinda bilinen xesteliyin mualicesi hem size rahatdir ve hemde biz hekimlere.Beleki qadın cinsiyyət sistemi xərçənginə bu kimi əlamətlər aid edile bilər:
1. Qarın nahiyəsində ağrılar. Belə ağrılar qadını daim narahat edir, göbəkdən aşağıda hiss olunur, sıxıcı xarakter daşıyır. Ağrıların menstruasiya qabağı sindromu ilə əlaqəsi olmur. Belə ağrılar yumurtalıqlar, uşaqlıq boynu, uşaqlıq yolu, uşaqlıq xərçənginin simptomu ola bilər.
2. Qarında köp. Əgər köp qadını tez-tez narahat edirsə, keçmirsə, bu yumurtalıqlar xərçənginin simptomu ola bilər.
3. Bel nahiyəsində olan daim ağrılar da yumurtalıqlar xərçənginin simptomu ola bilər.
4. Qadın cinsiyyət sistemi xərçənginin ən xarakterli simptom qanaxmalardır. Menstruasiya zamanı qanaxmanın həddən artıq güclü olması, menstruasiyalar arasında "səbəbsiz" qanaxmalar, cinsi əlaqə zamanı və cinsi əlaqədən sonra qanaxmalar uşaqlıq boynu və yumurtalıqlar xərçənginin əlaməti ola bilər.
5. Hərarətin daim səbəbsiz olaraq qalxması xərçəngin əlaməti ola bilər. 6. Qəbizliklə növbələşən ishal, köp qadın cinsiyət sistemi xərçənginin əlaməti ola bilər.
7. Bədən çəkisinin səbəbsiz olaraq azalması. Əgər qadın heç bir pəhriz saxlamır, adi qaydada qidalanır, lakin ona baxmayaraq 1 ay ərzində 3 kq və bundan artıq çəki itiribsə, bu ciddi simptom sayılır.
8. Uşaqlıq yolundan anomal ifrazatların (qanlı, irinli) olması, uşaqlıq yolunun rənginin dəyişilməsi, burada yaraların, qabarların və s. əmələ gəlməsi cinsiyət sistemi xərçənginin əlaməti ola bilər.
9. Qadının süd vəzilərində istənilən dəyişikliklər (dərinin rənginin dəyişilməsi, döşdə yenitörəmənin aşkar olunması, döş giləsinin formasının dəyişilməsi, gilələrdən ifrazatların olması - qanlı, irinli və s.) süd vəzi xərçənginin əlaməti ola bilər.
10. Xroniki səbəbsiz yorğunluq xərçəngin ən yayılmış simptomlarından biridir.
Her zaman sağlam yaşamaniz dileyile : Dr.Celil Bagirov
Devamını Oku
Hamiləlik zamanı qidalanma

Hamiləlik zamanı qidalanma


Hamiləlik, ana olmaq, dünyaya özündən bir canlı gətirmək qədər xoş bir hiss yoxdur. Eyni zamanda da xüsusi, bir o qədər də məsuliyyətli dönəmdir. Körpənin böyüməsi, sağlam olması, ruhən və fiziki olaraq yaxşı inkişaf etməsi ananın sağlamlığı və düzgün qidalanmasından aslıdır. Çünki ana bətnində uşaq ananın qidalandıqlarından özünə lazım olanları seçir və onlarla qidalanaraq böyüyür.
Hamiləlikdə düzgün qidalanmamaq nəyə səbəb olar?
Hamilə ana zəif qidalanmağa başlasa uşaq ana bətnində ananın orqanizmindəki qidalandırırcı maddələrlə qidalanmağa başlayar. Bu da, uşaq ilə yanaşı ananın özünün də sağlamlığını təhlükə altında qoyar. Nəticədə uşaq ölü doğula, fiziki və ya ruhi problemləri ola bilər, erkən doğum da qaçılmaz haldır. Ana da isə qansızlıq, ayaqlarda şiş, sümüklərdə zəiflik yaranır. Ananın düzgün qidalanması doğuşdan sonra körpəyə lazımi miqdarda süd verməsi üçün məcburidir.
Hamiləliyin tələb etdiyi enerji və qida elementləri:
Ət, yumurta, paxlalılar:
Bu qidalar beyin, əzələ, sümük və dişlərin inkişafı, eyni zamanda da qanın artması üçün faydalıdır. Orqanizmin zülal və dəmir ehtiyacını ödəyir.
Süd və süd məhsulları:
Sümüklərin, dişlərin və böyüməyin əsas yardımçılarıdır. Zülal və kalsium qaynağıdır.
Tərəvəz və meyvələr:
Böyümə və inkişaf üçün orqanizmi vitaminlər və minerallarla zənginləşdirər.
Dənli bitkilər:
Kalori və B qrupu vitaminləri özündə birləşdirdiyi üçün böyümə və inkişafa yaxşı təsir edir.
Enerji verən yağ və şəkərlər:
Orqanizmdə enerji çatışmazlığını bərpa edir. Bu qidalandırıcı maddələri normal həyatımızda olduğu kimi hamiləlik dövründə də davamlı qəbul etməliyik.
Kalsium
Kalsium körpə ana bətnində 8 həftəlik olarkən yaranmağa başlayan sümük və dişlərin inkişafında mühüm rol oynayan mineraldır. Buna görə də hamiləlik vaxtı ana namizədləri bol-bol süd, pendir, qatıq və yaşıl tərəvəzlər qəbul etməlidir.
C vitamini
C vitamini orqanizmi xəstəlik, mikroblardan qoruyaraq imuniteti gücləndirir. C vitamini üçün portağal, limon, feyxoa, qırmızı və yaşıl bibər, gül kələmi, pomidor, çiyələk, kahı, kələm və qreyrut qəbul etmək lazımdır.
Folik Asid isə körpənin mərkəzi sinir sisteminin inkişafı üçün bu maddə çox vacibdir. Daha çox yerfındığı, fındıq, gül kələmi, kəpəkli çörək yeməlisiniz.
Lifli qidalar
Bu tip qidalar hamiləlikdə tez-tez rast gəlinən qəbizlik və bağırsaqlardakı problemləri aradan qaldırır. Bulantı olduğu zaman da bu qidalar köməyə gəlir. Lifli qidalar qrupuna daha çox qaysı, kəpəkli çörək, quru üçüm, lobya, qəhvəyi düyü aiddir.
Hamilə analar üçün 2000 kalorilik meyu
Səhər: 1 stəkan süd, 1 yumurta, 1 dilim pendir, 1 dilim çörək, 1 pomidor, 1 xiyar, cəfəri, yaşıl bibər
Ara naharı: 1 meyvə, 1 stəkan ayran, 1 incə dilim çörək
Günorta naharı: 1 boşqab ətli qurulobyalı yemək, 1 boşqab plov və ya makaron, 1 stəkan ayran, 1 boşqab salat, 1 orta dilim çörək, 1 ədəd meyvə
Axşam: 1 boşqab ət – mal əti, balıq və ya toyuq (tərəvəzli), 1 boşqab zeytun yağlı tərəvəzli yemək, 1 stəkan ayran, 1 boşqab salat , 1 orta dilim çörək
Gecə: 1 su stəkan süd və ya 1 boşqab südlü şiriniyyat, 1 boşqab meyvə
Qeyd edək ki, səhər və ya ara naharında 5 zeytun, 1 çay qaşığı bal, doşab qəbul edilə bilər.
Sağlam Körpələrin Dünyaya göz açması diləyilə : Dr.Cəlil Bağırov
Devamını Oku
Dr.Cəlil Bağırov|Övladını düşünməyən qadın, heç olmasa, özünü düşün!

Dr.Cəlil Bağırov|Övladını düşünməyən qadın, heç olmasa, özünü düşün!


Əmizdirmə son dərəcədə güvənli və təbii bir üsuldur. Hər məməli canlı kimi, insanlar da balasını doğuşdan dərhal sonra əmizdirməlidirlər. Ananın körpəyə süd verməsi körpəyə inanılmaz dərəcədə güc-qüvvət, sağlamlıq və enerji verir. Amma süd verən qadının özü də bu prosesdə daha tez sağalır. Çünki doğuşdan dərhal sonra qadın körpəsini əmizdirməyə başlasa, doğuşdan sonra çox vaxt baş verən təhlükəli qanaxmalar heç vaxt olmur.

Bütün hamilə qadınların orqanizmində hamiləlik müddətində gələcək körpəsini əmizdirə bilməsi üçün proseslər gedir. Buna görə də hər bir ana əmizdirmə qabiliyyətinə malikdir.Süni yollarla südün kəsilməsinə cəhd etmək orqanizmdə qarşısıalınmaz fəsadlar yarada bilər. Körpələrini əmizdirən qadınlarda süd vəzisi xərçəngi əmizdirməyən qadınlara nisbətən 25% daha azdır.Körpəsini əmizdirən qadınlar daha tez arıqlamaq imkanı əldə edə bilirlər. Çünki süd verən analar gündə 500 kalori xərcləyirlər. Əmizdirmə anada yumurtalıq xərçəngi riskini xeyli azaldır. Üstəlik, əmizdirmə arzuolunmaz hamiləlikdən qoruyur.ÜST-ün bir araşdırmasına əsasən, körpəsini əmizdirən qadınlar əmizdirməyənlərə nisbətən daha qamətli, daha sağlam və daha uzunömürlü olurlar.Əmizdirmə ilə ana bədənindən "oksitosin" adlı hormon ifraz olunur. Bu hormon həm südün döşlərdən çölə atılmasını həyata keçirir, həm də doğuşdan sonra yumurtalığın yığılmasını asanlaşdırır. Ana südü üzdəki sızanaq və civzələrə qarşı da kömək edir, hər gün dəri südlə silinsə və ana südündə isladılmış dəsmalla kompres edilsə, bütün civzələrdən və ləkələrdən təmizlənər.Körpənizə süd verərək,həm özünüz sağlam olun,həm də körpəniz və həyat durumunuzu da tənzimləyin!Hörmətlə : Dr. Cəlil BağırovBütün hamilə qadınların orqanizmində hamiləlik müddətində gələcək körpəsini əmizdirə bilməsi üçün proseslər gedir. Buna görə də hər bir ana əmizdirmə qabiliyyətinə malikdir.Süni yollarla südün kəsilməsinə cəhd etmək orqanizmdə qarşısıalınmaz fəsadlar yarada bilər. Körpələrini əmizdirən qadınlarda süd vəzisi xərçəngi əmizdirməyən qadınlara nisbətən 25% daha azdır.Körpəsini əmizdirən qadınlar daha tez arıqlamaq imkanı əldə edə bilirlər. Çünki süd verən analar gündə 500 kalori xərcləyirlər. Əmizdirmə anada yumurtalıq xərçəngi riskini xeyli azaldır. Üstəlik, əmizdirmə arzuolunmaz hamiləlikdən qoruyur.ÜST-ün bir araşdırmasına əsasən, körpəsini əmizdirən qadınlar əmizdirməyənlərə nisbətən daha qamətli, daha sağlam və daha uzunömürlü olurlar.Əmizdirmə ilə ana bədənindən "oksitosin" adlı hormon ifraz olunur. Bu hormon həm südün döşlərdən çölə atılmasını həyata keçirir, həm də doğuşdan sonra yumurtalığın yığılmasını asanlaşdırır. Ana südü üzdəki sızanaq və civzələrə qarşı da kömək edir, hər gün dəri südlə silinsə və ana südündə isladılmış dəsmalla kompres edilsə, bütün civzələrdən və ləkələrdən təmizlənər.Körpənizə süd verərək,həm özünüz sağlam olun,həm də körpəniz və həyat durumunuzu da tənzimləyin!Hörmətlə : Dr. Cəlil Bağırov

Devamını Oku
Dr. Cəlil Bağırov| Qreyfrut və Süd vəzi

Dr. Cəlil Bağırov| Qreyfrut və Süd vəzi


Kolumbiya Universitetində aparılan tədqiqatlara görə qreyfrut və qreyfrut şirəsi bəzi dərmanların qandakı təsirini artıraraq yüksəldə bilər. Bu səbəblə dərmanların yan təsir riski artır.Bəzi dərmanları istifadə edən xəstələrin diqqətli olması lazımdır. Çünki qreyfurt qaraciyərimizdə olan Sitokrom p450 deyilən bir fermentə təsir edir. Sitokrom p450 qaraciyərimizdə və bağırsağımızda, çöldən aldığımız dərmanları metabolizə edər və bu dərmanları zərərsiz hala çevirərək bədənimizdən atar.Bu fermentə təsir edib işləmədikdə dərmanlar metabolizə edilmədiyi üçün bədəndə yığılaraq zəhərləyici təsir edər. Xüsusilə xolesterol dərmanlarından, allergiya dərmanlarından, HIV müalicəsində istifadə dərmanlarda, bəzi antidepresanların istifadə edənlərin bu mövzuda diqqətli olmalarında fayda var. Bir stəkan qreyfurt suyu içilməsi belə bu təsirə səbəb ola bilər. Qreyfurt suyunun təsirinin keçməsi üçün ən azı 24 saat keçməlidir. Xanımlar daha çox diqqətli olmalıdır! Qreyfrut estrogenlərin bədəndə paylanmasina maneə törədə bilər.Buda qandakı estrogen səviyyəsini artıra bilər. Qanda uzun davamlı olaraq yüksək səviyyədə estrogen olmasının südvəzi xərçəngi riskini artırmaqdadır.Eyni zamanda doğum idarə həbi istifadə edərkən qreyfrut istifadəsindən uzaq durulmalıdır.Sağlam yaşamaq diləyilə : Dr. Cəlil Bağırov

Devamını Oku
 Dr.Cəlil Bağırov|  "Stress"

Dr.Cəlil Bağırov| "Stress"


İnsanın qarşılaşdığı yeni vəziyyətlərdə ruhi və fiziki sərhədlərinin məcbur edilməsi məfhumunu "stress" adlandıra bilərik. 
Stress olaraq adlandırılan bu yeni vəziyyətə orqanizm uyğunlaşmaq üçün müəyyən reaksiyalar göstərir.Yəqin belə bir vəziyyətdə təzyiqin qalxması,bədənin tərləməsi,temperaturun hiss edilmesi,susuzlaşma hissinin yaranması və s. hallarla rastlaşmışıq.Bu halların yaranması stressin orqanizmə təsirindən başlayır.
Belə ki,Stress qarşısında insan bədəni, sinir sistemini xəbərdar edib müxtəlif hormonlar ifraz edərək cavab verir.
Stress vəziyyətində adrenalin və noradrenalin, kortizol, böyümə hormonu, prolaktin və testosteron hormon səviyyələrində dəyişikliklər müşahidə olunur.Beyində olan hipotalamus bölgəsi böyrək üstü vəzlərini xəbərdar edərək adrenalin və kortizol hormonlarının qanda səviyyəsini artırır. Bu hormonlar da ürək sürətini, tənəffüs sayını, qan təzyiqini və maddələr mübadiləsini artıraraq əzələlərin daha çox qan təchizatı ilə təmin edərək,bədənin hərəkətə hazır hala gəlməsini təmin edər. Göz bəbəkləri genişlənərək qan şəkəri yüksəlir. Bədən istiliyini nəzarət altında saxlatmaq məqsədi ilə tərləmə olur. Beləcə stressə cavab olaraq bədən "oyaq tutularaq" hər an hərəkətə keçməyə hazırlaşır.
Prolaktin hormonu da hipofiz vəzindən ifraz olunur və normalda hamiləlikdə süd vəzi böyüməsi və süd hazırlanmasına səbəb olur.Stress zamanı prolaktin səviyyəsi yüksələrək (lakin bu artım kortizol və adrenalin qədər diqqətə çarpan deyil) Süd vəzlərində xəstəliklərin yaranmasına səbəb olur...
Bacardığınız qədər Stressdən uzaqlaşıb,Həyata gülümsəyərək özünüzü qoruyun...
Allaha əmanət olun...
Devamını Oku
Dr.Cəlil Bağırov|Qadınlar niyə ağlıyırlar ?

Dr.Cəlil Bağırov|Qadınlar niyə ağlıyırlar ?



  
 Dünyaya ilk göz açdığımızda və ilk nəfəsimizi ciyərlərimizə çəkdiyimizdə ağlamağa başladıq... Körpəykən qarnımız acdığında, bir ağrımız olduğunda ağladıq...Çünki əlimizdən başqa bir şey gəlmirdi. Uşaqkən istədiklərimizi əldə etmək üçün ağlama silahından istifadə etdik... Bəzən də yediyimiz sillələrin sonrasında ağladıq...Yetkinlik çağına gəldiyimizdə hər dəfə ağlamağı kənara qoyduq. Artıq yalnız qaldığımız zamanlarda,çətinlikdən, kədərdən, eşqdən və ayrılıqdan ağlar olduq...Böyüdükcə gözyaşını daha az tökər olduq.Həyata gözlərimizi yumduğumuzda bu səfər ağlayan biz deyil sevdiklərimiz oldu...Bəs görəsən qadınlar niyə tez-tez ağlayır?
Belə qəbul edilib ki, qadınların göz yaşı ta uşaqlıqdan onların ayrılmaz bir hissəsinə çevrilib.
Kişilərin fikrincə, qadınlar ağlayıb-sızlamağı sevir. Gəlin buna başqa baxış bucaq altından – tibbi nöqteyi nəzərdən baxaq. Görən göz yaşı hardan gəlir?
Hormonlar,hormonlar,ah hormonlar...
″Hormon″ sözü – yunanca ″hərəkətə gətirmək″ deməkdir, maddələr mübadiləsini tənzim edir, hüceyrə və hüceyrə membranının keçiricilik qabiliyyətini artırır və eyni zamanda endokrin vəziləri sisteminin hasil etdiyi bu kimyəvi maddələr həm kişilərin, həm də qadınların emosional vəziyyətini təyin edir. Qadınların göz yaşlarının miqdarına əsasən prolaktin hormonu təsir edir. Onun səviyyəsi nə qədər yüksək olarsa, göz yaşları bir o qədər çox axar. Kişi hormonu olan testosteron göz yaşları yaranmasını azaldır, buna görə də qadınlar kişilərə nisbətən daha tez-tez ağlayırlar.
"Hormonal partlayış”...
Hər bir qadının xoşbəxt həyatında "hormonal partlayış”ın baş verdiyi dövrlər olur. Bu,qızlarda aybaşının başladığı dövrü,böyümə dövrü,hamiləlik, doğuş və klimakterik (hormonal sistemin sönməsi) dövrüdür. Hamı bilir ki, ağladıqdan sonra insan yüngülləşir. Ağlayan kəs sakitləşir, çünki göz yaşları ilə birlikdə stress hormonlarının qalığı xaric edilir. Hormonların artıb-azalması zamanı qızlar stressə, məişət qayğılarına, şəxsi həyatdakı uğursuzluqlara qarşı çox həssas olur. Bütün qadınlar eynidir.Bu, heç də doğru deyil. "Ağlağan xarakter”ə mənfi amillər də təsir edir: temperamentin melanxolik tipi,depressiya, suiqəsdə cəhd halları, uşaqlıqdan sağlamlığın zəif olması,xəstəliklər (başın zədələnməsi, insult, vitamin çatışmazlığı və s.). Nahaq yerə deməyiblər: "Sağlam bədəndə sağlam ruh olar”. Belə amillərin olmaması qadınların hormonal dəyişikliklərin öhdəsindən asanlıqla gəlməsinə səbəb olacaq. Buna görə də çalışmaq lazımdır ki, stresdən gözəl qadın gözlərindən bir damla da olsa göz yaşı axmasın. Çünki göz yaşları heç də həmişə "yüngül” deyil, bəzən "qızıla bərabər” olur...
Gözlərinizdən sevinc göz yaşı axması diləyilə... : Dr. Cəlil Bağırov
Devamını Oku
Karyeranın yaratdığı problemlər

Karyeranın yaratdığı problemlər

İndiki zamanda əksər xanımlar,gələcək karyerasına   daha çox önəm verərək ailə həyatını ikinci plana atmış olurlar.
Və bu baxımdan analıq halı gecikir və ya heç baş tutmur.Bu isə hormonların pozulmasına gətirib çıxardır və xanımlar da erkən menopauzdan tutmuş bir çox ginekoloji problemlər yaşadır.
Vaginal infeksiya – bu infeksiyalar əsasən, axıntı şikayəti ilə ortaya çıxır. Müalicəyə genital təmizliyin düzgün şəkildə aparılması ilə başlamaq lazımdır. Pambıq alt geyimi geyimək, gigiyenik cəhətdən zərərli olmayan məhsullarla təmizləmək və lazımsız yerə gündəlik bez istifadəsindən uzaq durmaq lazımdır.
Aybaşı – Aybaşı vaxtının pozulmasına bir çox xəstəliklər səbəb ola bilər. Bu xəstələr USM lə müayinə edilməli və bunu yaradan səbəbləri aşkarlamaq lazımdır.
Hamilə qala bilməmək – bir il ərzində davamlı və qorunmasız cinsi əlaqə yaşamasına baxmayaraq, sonsuzluq problemi ola bilər.
Pelvik kist – Adət dönəmində və yumurtalıqlarda tez-tez ağrıların olması kist, kütlə və ya miyom ola bilər. Bu problemlər bəzən dərman, bəzən isə cərrahiyyə yolu ilə aradan qaldırıla bilər.
Şiddətli aybaşı sancısı – çox zaman şiddətli sancıların səbəbi bilinmir. Bu ağrıları olan insanlar mütləq həkimə müraciət etməlidir. Bunun ən böyük səbəbi isə infeksiyalar və endometriozdur.
Sevgi ve saygılarımla : Dr.Cəlil Bağırov
Devamını Oku
 "Qara dərdlərin" dərmanı

"Qara dərdlərin" dərmanı

                
"Qaragilə"nin Xeyirləri
Yüksək hündürlüklərdə boyu 20-50 sm-ə çatan, oduncağabənzər kol bitki növü olan 
Qaragilə Amerika, Şimali Avropa və Qara dəniz bölgəsinin dağlıq ərazilərində bol miqdarda bitir. Qırmızıdan bənövşəyi rəngə qədər olan qaragilə meyvələri iyul ayında toplanmağa başlayır və sentyabr ayına qədər toplana bilər.
Qaragilənin tərkibində A, C vitaminləri ilə faydalı şəkərlər, üzvi turşular, taninlər, pektin və mirtilin olaraq adlandırılan bir boya maddəsi ilə meyvəyə rəngini verən proantosiyanidinler var. Qaragilə çiy meyvə kimi qurudularaq da istehlak edilə, ya da çayı hazırlanaraq da içilə bilər.
Qaragilənin Sağlamlığa Faydaları:
Qaragilə antioksidant xüsusiyyətinə malikdir. Bu antioksidantlar hüceyrə pərdəsinə zərər verərək hüceyrələrin ölümünə səbəb olan zərərli hissəcikləri yox edər. Bədəndəki və qandakı zərərli toksinlərin çölə atılımını təmin edir. Hüceyrələrin yenilənməsini dəstəkləyərək bədənə güc verir. Yaşlanma hallarını gecikdirir. Tərkibində olan tanin maddəsinin ağrıkəsici və iltihabları yox edən xüsusiyyəti vardır. Xüsusilə boğaz ağrıları və sidik yolları infeksiyalarının müalicəsində fayda verir. Mütəmadi olaraqqaragilənin istehlakı mədə xorasının, ağız və diş xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır. Antikansoregen xüsusiyyəti səbəbiylə də xərçəng xəstəliklərinin qarşısının alınmasında böyük rol oynayır. Bundan başqa, gözlərin daha səmərəli işləməsini təmin edir və gecə görüşü qabiliyyətini artırır. Ürək və damar dostu olan qaragilə ürək böhranı riskini azaldır və damarların tutlmasını aradan qaldırır. Sinir sisteminə sakitləşdirici xüsusiyyəti vardır.
Qaragilənin Antioksidant Faydaları:
Hazırda mütəxəssislər tərəfindən antioksidant meyvələr arasında üst sıralarda yer verilən qaragilə hüceyrə yenilənməsini dəstəkləyir və yaşlanma əlamətlərinin gecikməsinə yardımçı olur. Bədəndə həm ekoloji səbəblər ilə, həm də həyat şəraiti səbəbi ilə zərərli maddələr toplanır. Toplanan bu zərərli maddələr orqanizmdə hüceyrələrə zərər verərək quruluşunun pozulmasına səbəb olur. Güclü antioksidant xüsusiyyəti ilə qaragilənin bu zərərli maddələrin bədəndən atılmasını təmin edərək hüceyrələrin zərər görməsinə mane olur. Cildi qidalandırır və dəri hüceyrələrinin yenilənməsinə yardımçı olur.
Qaragilə Sidik Yollarının Sağlamlığını Qoruyur:
Sidik yolları sağlamlığını qorumağa yardımçı olur: Sidik yolunun daxili divarlarında b-coli kimi bəzi bakteriya növlərinin vurduğu zədələr nəticəsində sidik yolunda bəzi ağırlaşmalar meydana gələ bilər, bu zaman yanma hissi baş verir. İltihab və infeksiya nəticəsində yaranan bu problemlərə qaragilə ciddi mənada fayda verə bilər.
Qaragilə Göz Sağlamlığını Qoruyur:
Aparılan klinik işlər nəticəsində qragilənin göz xəstəliklərindən qorunmağı təmin etdiyi ortaya qoyulmuşdur. Antioksidant xüsusiyyəti sayəsində göz xəstəlikləri arasında tez-tez rastlanan makula degenerasiya, katarakt, miopiya(yaxıngörmə), hipermetropiya(uzaqgörmə), gözlərdə quruluq, infeksiyalar, tor qişa ilə bağlı xəstəliklərə tutulma riskini azaldır.
Beyin Sağlamlığını Qoruyur:
Zəngin antioksidantlarla bərabər selen, vitamin A, B C və E vitaminləri baxımından zəngindir, sink, natrium, kalium, mis, maqnezium, fosfor, manqan, nevrotik qüsurları yaxşılaşdıran neyronların ölümünə mane olar. Bundan başqa, beyin hüceyrələrinin sağılığını qoruyur və mərkəzi sinir sistemi sağlamlığına kömək edir. Bu meyvələrin Alzheimer xəstəliyi kimi ciddi xəstəliyi müalicə etdiyini deyən alimlər də var.
Bir çox araşdırma nəticəsinə görə qaragilənin beyin funksiyaları və sinir sistemi üzərində olan konstruktiv təsirləri sübut olunmuşdur. Xüsusilə yaşlandıqca ortaya çıxan zehni xəstəliklərə tutulmamaq üçün istifadə edilən qaragiləyə diqqət göstərilməsi təklif edilir.
Qaragilə Xərçəngə Yaxalanma Riskini Azaldır:
Qaragilə çox yaxşı bir C vitamini mənbəyidir. Bununla yanaşı çox və fərqli antioksidant daxildir. Həmçinin mis və Ellagic turşusu baxımından zəngindir. Bu komponent qaraciyər və kolon xərçəngi ilə mübarizədə ən çox ehtiyac duyulan komponentlərdəndir. Bu məsələ ilə bağlı aparılan işlər kolon xərçəngi hüceyrələrinin sürətini ləngitdiyi ortaya qoyulmuşdur. Bundan başqa, yumurtalıq xərçənginə yaxalanma riskini 34% nisbətində azaltdığı göstərilmişdir.
Qaragilə Stresslə Mübarizəni Artırır:
Qaragilənin beyin və mərkəzi sinir sistemi üzərindəki faydalarından bəhs etmişdik. Qaragilə bu xüsusiyyəti ilə dövrümüzün ən amansız xəstəliklərindən olan stresslə mübarizəni qüvvətləndirir. Bu səbəbdən stress mənşəli saysız-hesabsız xəstəlikdən qoruyur.
Devamını Oku
Büstqalter haqqında bilmədikləriniz

Büstqalter haqqında bilmədikləriniz

İsti havalarda, soyuq havalarda, yağışlı havalarda, quru havalarda ...
 Evə girən zaman qadınların çoxunun etdiyi ilk şey,südvəzlərini sıxan, çiyinlərdə qırmızı izlər buraxan büstqalterdən xilas olmaqdır.
Büstqalter taxıb taxmamaq mövzusu illərdir çox müzakirələrə səbəb olmuşdur. Sinənin sallanmağını önlədiyi, skelet sistemini dəstəklədiyi üçün istifadə edilməsinin zəruri olduğunu deyənlər də var,büstqalterin daha sağlam olunduğunu iddia edənlər də var...
Amma sizinlə Fransız alimlərinin yeni bir araşdırmasının nəticəsini paylaşmaq istəyirəm.
Fransada olan Besancon Universiteti Xəstəxanasından idman tibbi mütəxəssisi Prof. Jean-Denis Rouillon'ın 15 il davam edən araşdırmanın nəticələrinə görə büstqalter taxmaq qadınların sinələrinin sallanmasını önləmir, əksinə sallanmasına səbəb ola bilir.
15 il davam edən araşdırmada,18-35 yaş arasında dəyişən 330 könüllünün sinə ölçüləri araşdırma müddətində nizamlı olaraq ölçülmüşdür.Büstqalter taxmayan xanımların sinə uclarının bir əvvəlki ilə görə 7 mm daha yuxarıda olduğu yazılmışdır. Ayrıca sinələrinin daha möhkəm olduğu və bu bölgədəki çatlaqların da azaldığı qeyd olunmuşdu.
Araşdırmaçılar, büstqalteri südvəzi toxumasının böyüməsinə maneə törətdiyini inanır. Bu səbəblə sinələri dəstəkləyən əzələlər zəifləyir. Büstqalter taxmadığınızda isə bu əzələlər daha aktiv çalışır.
Bu araşdırma əlbəttə büstqalteri gərəksiz olduğunu ortaya qoymur.
Son olaraq bu məsələyə bir neçə fikrimi bildirmək istəyirəm!
1.Büstqalter istifadə yaşının getdikcə azaldığı düşünülsə, yetkinlik çağındakı gənc qızlar büstqalter taxmadan əvvəl həqiqətən ehtiyac duyub duymadıqlarını bir daha düşünsünlər.
2. Xanımlar büstqalteri 7/24 istifadə yerinə sinə əzələlərini da təbii halına buraxmaq məqsədiylə evə gəldikdən sonra büstqaltersiz gəzərək sinə üzərindəki təzyiqi azalda bilərlər.
3. Büstqalter.sinə əzələlərini təmbəlləşdirirsə, bu əzələləri möhkəmləndirmək və gücləndirmək üçün bəzi məşqlər etməyə səy göstərməlisiz.
P.S. Son olaraq, büstqaltersiz gəzmək istəmirəm deyirsinizsə,onda bədəninizə və bədən şəklinizə görə doğru büstqalter seçin.Bunun nə qədər əhəmiyyətli olduğunu unutmayın! Yanlış seçilən büstqalterlər bir çox sağlamlıq problemini özü ilə gətirməkdə və hətta döş xərçənginə belə səbəb ola biləcəyini göstərən kifayət qədər araşdırmalar da var!
Sevgi ve Saygılarımla : Dr. Cəlil Bağırov
Devamını Oku
 Çay haqqında bilmədikləriniz

Çay haqqında bilmədikləriniz

                     Oxuduqlarınızdan heyrətə gələcəksiniz

Çay: Tein, kofein, teofilin və antioksidantlar üçün təbii bir mənbədir. Tərkibində olan minerallar səbəbindən sümük və diş sağlamlığına faydası var. Tərkibində heç bir karbohidrat, zülal və yağ maddələrinin olmadığı deyilsə də, XIX -cu əsrin əvvəllərində çayın tərkibinin çayda onlarla kimyəvi qrupa aid olan maddələrin elementləri aşkar edilib. Buraya efirli yağlar, taninlər, flavonoidlər, alkaloidlər, vitaminlər və sairləri aiddir. Şəkər və ya digər töhfələrlə şirinləşdirildikdə insan üçün daha da sakitləşdirici təsir yaradır.
Ağır bir yeməyin ardınca, söhbətlərin yanında, kafedə, və saymaqla bitməyən bir çox yerlərdə çay içirik. Bəzən çay içmək dostlarla görüşmək üçün ən ideal bahanə də olur.
Bəs, çayın tarixini, haradan gəldiyini bilirsinizmi?
Kimimiz adi, kimimiz limonlu, bəzilərimiz çox şirin, bəzilərimiz isə öz stəkanımız olmadan içmərik onu. Bəli, çaydan danışırıq.
"Axşam səni çaya dəvət edirəm", "Bir çay sifariş etsən, gələrəm" kimi çox istifadə edilən cümlələrin müəllifləri də elə bizik. Həyatımıza bu qədər daxil olan çaya gəlin, bir də tarixin pəncərəsindən baxaq.
Çayın yaranma tarixi...
Dünyada sudan sonra ən çox istehlak edilən içki çay imiş. Nə az, nə çox 5 min illik bir keçmişi var. Bir əfsanəyə görə, böyük Çin İmperatoru Shen Nungın xidmətçilərindən biri bağçada su qaynadarkən yarpaqlardan biri qaynayan suyun içinə düşmüş və sudan yayılan qoxu imperatorun çox xoşuna gəlməyə başlamışdır. Qoxunu bəyənən imperator, yarpaq düşmüş suyun dadına baxır və bunu çox bəyənir. O gündən bəri çay Çin ərazisində, daha sonra isə bütün dünyada əvəzolunmaz içkiyə çevrilir. Çayın bugünkü dəmlənmə şəkli isə 4 min il bundan öncə kəşf edilib.
Çay sözünün mənşəyi, vətəni olan Çinə əsaslanır. Çayın iki fərqli tələffüz şəkli vardır. Mandarin ləhcəsində "ça" və Amoy ləhcəsində "te" kimi tələffüz olunur. "Tea"- İngiliscə tərcümədə də çay mənasında işlədilir.
Mandarin forması ilk dəfə 1559-cu ildə portuqaliyalı tacirlər tərəfindən istifadə edilmişdir. Bu tacirlər sayəsində Mandarin ləhcəsində ça Rus Dilinə (çai), Farsca (ça), Ərəbcə (şay) və Türkcəyə daxil olmuşdur. Avropada daha sonralar Holland tacirlər tərəfindən Amoy ləhcəsi genişləndirilmişdir. Bunun sayəsində çay Qərb dillərində Amoy ləhcəsində "te" sözündən törəyib, İngiliscə(tea), Fransızca (the), İspanca (te), Almanca (tee) olaraq tərcümə edilib.
Avropada çay...
17-ci əsrin əvvəllərində Holland və Portuqal tacirlər ilk dəfə Avropaya Çin çayını tanıdırlar. Portuqaliyalılar Çinin sahil hissəsindən gəmiylə, Hollandiyalılar da İndoneziya yolu ilə Avropaya çay gətirirmişlər.
1606-cı ildə isə avropalıların çayla tanış olduğu ilk tarix olaraq yaddaşlara həkk olunur.
1635-ci ildən sonra Hollandiya və Fransa Avropada çay istehlakına liderlik edən ölkələr hesab olunurlar.
İlk dəmlik nümunələrinin Çindən Avropaya çatması isə 1650-ci li illərdə baş verir.
Bu möcüzəvi bitkini ilk dəfə Amerikaya gətirən insanın adı Peter Stuyvesant-dır.
Çayın tarixində daha maraqlı hadisə 1908-ci ildə baş verib. Belə ki, həmin ildə geniş yayılmış paket (birdəfəlik) çayların ABŞ-da istehsalı baş tutub.
Dünyada 1500 növ çay var...
Günümüzə qədər gələn çayın əsas növləri olan Assam və Çin çaylarından çoxlu sayda hibrid yaradılmışdır. Bu gün dünyada təxminən 1500 çay növü vardır.
Çay necə dəmlənir?
Nəhəng bir çay dəmləmək üçün ən vacib amil dəmləyərkən istifadə ediləcək sudur. Bundan başqa, imkan varsa çayı çini qabda dəmləmək ləzzət baxımından faydalı seçimdir. Çay üçün nəzərdə tutduğumuz suyu uzun müddət və yüksək temperaturda qaynatmaq lazım deyil.
Dəmləmə müddəti uzun saxlanılan çayın tərkibində kofeinin miqdarında artım baş verir, həmçinin sudakı oksigen azalır və çay ləzzətini itirir.
Çayın dəmləmə müddəti maksimum 10-15 dəqiqə olmalıdır və dəmlənən çay yarım saat ərzində içilməlidir. Hər bir fincan üçün bir qaşıq şəkər tozu əlavə edildikdə çay daha da ləzətli olur.
Bir sıra çay mütəxəssisləri yaşıl çayın qara çaya nisbətən daha faydalı olduğunu qeyd edir. Yaşıl çay daha az emala məruz qaldığından lazımlı elementləri itirmir və insana daha çox xeyir verir.
Dünyada ən aparıcı çay istehsalçı ölkələri aşağıdakılardır:
Hindistan, Şri-lanka, Çin, Türkiyə, Keniya, İndoneziya, Malayziya, və Vyetnam.
Azərbaycanda isə çay əsasən Lənkəran, Astara, Masallı və Zaqatalada yetişdirilir.
Çayın ziyanı varmı?

İnsanın gündəlik qidalanmasının əsasını təşkil edən iki əsas ərzaq məhsulu var: çörək və çay. Hətta pəhriz saxlayan insanlar çörəyi gündəlik rasionlarından çıxarsalar da, çayı hər kəs içir və orqanizmin qidalanmasında çayın öz xüsusi yeri var..
Bəzən insanlara səhhətlərində yaranan problemlər və yoluxduqları xəstəliklərə görə müəyyən qidalar qadağan edilir. Amma çay heç bir xəstəliyə görə qadağan edilmir və hətta bəzi xəstəliklərdən əziyyət çəkən pasiyentlərə çaydan daha çox istifadə etmələri məsləhət görülür. Çünki, çay həm də bir çox xeyirli xüsusiyyətlərə malikdir.
Çayın faydası nələrdir?
Çayın tərkibində faydalı minerallar və C vitamini var. Çay içmək ürək-damar sisteminə çox xeyirlidir və mədə xərçənginin qarşısını alır. Tərkibində olan flerit maddəsi dişləri çürüməyə qoymur və dişlərin kökünü möhkəmləndirir. Çay işmək həm də həzm prosesini rahatlaşdırır. Məhz bu xüsusiyyətlərinə görə ilk dəfə çay şəfaverici sayıldığı üçün dərman kimi içilib. Amma zaman keçdikcə çay xoş ətir və dad verdiyi üçün gündəlik olaraq içilməyə başlanıb.
İlk dəfə çinlilər, sonra isə yaponlar çay içmək mərasimini öz dini adət- ənənələrinə çeviriblər. Bu gün dünya üzrə milyonlarla insan üçün çay içmək gündəlik normaya çevrilsə də çinlilər və yaponlar üçün çay içmək xüsusi bir məna kəsb edir.
Ölkəmizdə çayın ən çox qara və yaşıl növləri içilir, ümumilikdə isə çayın 1500-dən çox növü var. Dünyada çayın əsasən, 10-a yaxın növü daha çox içilir.
Ağ çay
Ağ çay əsasən sağlamlıq məqsədilə içilən çay növlərindən biridir. Çünki ağ çay növünün tərkibində başqa çaylara nisbətən daha çox xeyirli maddələr var. Bu çay növü yarpaqları açılmamış, tumurcuq olan zaman yığılır. Üz dərisinə çox xeyirlidir və mikrobları məhv edir. Bahalılığına görə çay növləri arasında ikinci yerdədir.
Təbii çay
İlk təbii çay (fabrikdə cilalanmamış) istehsal etmək fikri 1980-ci illərdə formalaşıb. İlk istehsal isə 1986-cı ildə Şri-Lankada həyata keçib. Dünya bazarına 1990-cı illərdə çıxarılan təbii çaya tələbat çox böyük olub. Satışa çıxarılan təbii çaylar dayanmadan satılır, istehsal tələbatını daha da artırır, qara və başqa növ çayların satışına mane olurdu. Bu səbəbdən də sırf təbii çayın istehsalının azaldılmasına qərar verildi və hal hazırda təbii çay növü dünya üzrə istehsal olunan çayların 1%-ni təşkil edir. Təbii çay istər sinir sisteminin, istər ürək-damar sisteminin, istərsə də mədə bağırsaq sistemi xəstəliklərinin müalicəsinə çox xeyirlidir, bir sözlə, min bir dərdin dərmanıdır.
Buzlu çay (İce tea)
Buzlu çayların hazırlanmasında istifadə olunan çay növü İnsial adlanır. Bu çay növü insanlar arasında soyuq içilən çay kimi 1900-cü illərdən tanınırdı, amma satış üçün istehsalına isə 1940-cı illərdən başlanıb. Tünd sarı rəngdə olan və buzlu çay adı ilə tanınan çayın artıq limonlu, armudlu, ballı və yaşıl çaylı növləri satışda ən çox satılan buzlu çay növləridir. Bu növ çay ürək döyünməsinin qarşısını alır.
Puerh çay
İstehsal olunduqdan bir neçə müddət sonra istifadəsi məsləhət görülən və digər çay növlərinə qətiyyən oxşamayan Puerh çay bir neçə il saxlanıldıqdan sonra içilir. Hal-hazırda çay satış bazarında bir çox saxta Puerh çayları satılır və təbii Puerh tapmaq çox çətindir. Amma 10-50 il saxlanılmış puerhləri də satışdan əldə etmək mümkündür. İllərlə saxlanmış təbii puerhlərin qiyməti isə qramı 1000 dollardan başlanır. Bu növ çaylar əsasən, Vyetnam və Seylonda yetişdirilir. Puerh insanın əsəblərini sakitləşdirir.
Qara çay
Qara çayın istehsalının təmizlənmək, soldurmaq, oksidləşdirmək, qurutmaq və qablaşdırmaqdan ibarət 5 əsas proses var. Qara çay özünəməxsus görünüş, rəng və ətirdə olmalı, kənar ətri xatırlatmamalıdır. Qara çaylar əsasən yarpağının ölçüsü və ətrinin intensivliyi nəzərə alınaraq müəyyən siniflərə bölünərək satılır. Bu növ çay beyin hüceyrələrinin aktivləşdirilməsinə və mədə-bağırsaq sisteminə çox xeyirlidir.
Qırmızı çay
Qırmızı çaylar əsasən, Çində sadə, şirin, tüstüyə verilmiş, ədviyyat qatqılı şəkillərdə istehsal olunur. Bu çayın istehsalı klassik qara çay istehsal olunması texnikası ilə eynidir. Amma sonuncu mərhələdəki qurutma yarpaqların qovrulması ilə əvəz olunur. Dəmləndikdə isə qan rəngi təsuratını yaradır və bu növ çaylar baş ağrılarına çox xeyirlidir.
Yaşıl çay
Yaşıl çay quru çayın ən xeyirli növlərdən biridir. Yaşıl çay əsasən iki cür, Yapon və Çin istehsal texnologiyasına əsasında hazırlanır. Digər çay növlərindən fərqli olaraq yaşıl çayı saxtalaşdırmaq daha çətindir. Yaşıl çayı başqa çay növlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri də uzun müddət saxlanıla bilməsidir. Çünki, yaşıl çayın tərkibi onun rənginin, ətrinin və tərkibindəki xeyirli maddələrin itirilməsinin qarşısını alır. Yaşıl çayın yetişdirilməsi və satış üçün hazırlanması da digər çaylara nisbətən daha asandır. Tərkibində bir çox xeyirli minerallarla yanaşı fosfor, yod, kalsium və bir sıra vitaminlər də var. Tərkibindəki antioksidant maddələri xərçəngin istənilən növünün yaranmasının qarşısını alır. Orqanizmi kökəlməyə qoymur və arıqladır. Bakteriyaları və mikrobları öldürür, orqanları daxilən təmizləyir, radiasiyaya düşməkdən qoruyur, beyin hüceyrələrini aktivləşdirir.
Saxta çayıları necə tanımalı?
Hal hazırda çay bazarında təmiz, qatqısız və təbii çay tapmaq çox çətinləşib. Bəzi üzdəniraq işnazlar saman çöplərini çay ölçüsündə doğrayıb, çay rənginə boyayıb təbii məhsula qataraq satışa buraxırlar və bununla daha çox gəlir əldə etmiş olurlar. Təbii çayın 100 qramının 60 qəpiyə satılması nə dərəcədə realdır? Nəzərə alsaq ki, həmin çay paketlərinin üstündə "birinci növ çay" yazısı yazılır, artıq bu cümləni yazmaqla istehsal etdiyi məhsulun insanlarda şübhə doğurduğunu həmin şirkətlər özləri etiraf etmiş olurlar.
Rənglənmiş saman çöplərinin orqanizmə ziyanı haqqında yazmağa isə ehtiyac yoxdur. Çünki, həmin o çöpləri istehsal edən şirkətlər də, aldanaraq o çayları içən istehlakçılar da bu haqda xəbərdardır.
Paket çaylar bizə nə verir?
Bundan əlavə, paket çay adı altında satışa buraxılan kompaktlığı ilə rahatlıq yaradan çayların da insan orqanizminə ziyanı heç də az deyil. Nəzərə alsaq ki, əsl çayın dəmini verməsi üçün ən azı 15 dəqiqə vaxt lazımdır və suya daxil olan kimi rəngini suya buraxan çay adı ilə marketdən aldığımız paket çaylar sadəcə rəngdən başqa bir şey deyil, onda suda həll olaraq orqanizmimizə daxil olan bu kimyəvi maddələrin hansı fəsadlar törətməsi haqqında düşünməyə dəyər. Özü də paket çayların orqanizmə ziyanı saxta çaylara nisbətən ikiqat çoxdur. Çünki, paketlənmiş birdəfəlik çayların tərkibindəki saxta çaylarla yanaşı, müəyyən zərərli maddələr də orqanizm üçün çox ziyanlıdır.
Bəzi istehsalçılar paket çay istehsalında daha az maddi vəsait xərcləmək məqsədilə, ləvazimatların seçimində keyfiyyətli deyil, sintetik materiallara üstünlük verirlər. Nəticədə paket çay içdiyimiz zaman rənglənmiş saman çöpləri və çayın sintetik örtüyü də orqanizmimizi zəhərləmiş olur.
Çaylar hansı xəstəliklərin dərmanıdır?
Çay içkisi ilə yanaşı, çay bitkisinin özü də orqanizm üçün çox faydalıdır. Keçmişdə təbabətdə loğmanlar çay bitkisindən şəfa vermək məqsədilə çox geniş istifadə edirdilər. Bu günün özündə də çay bitkisindən yararlanmaq olar. Belə ki, boğaz ağrısı zamanı tünd çay dəmi çox xeyirlidir. Qırmız çayı yaxşıca dəmləyin və ilıq dəm ilə boğazınızı qarqara edin. Bu, mikrobları öldürür və ağrıları yüngülləşdirir.
Yağlı dəriyə də çayın çox xeyri var. Dəriniz yağlıdırsa, yuyunduqdan sonra bədəninizi balzam əvəzi iliq çay ilə yaxalayın. Bu proseduru 4-5 dəfə təkrar etdikdən sonra yağlı dəri normallaşır və dəriyə xüsusi təravət və canlıllıq verir. 
Makiyajdan zədələnmiş dəriləri də ilıq çay ilə silmək məsləhətdir.

Ayaqdan iy gəlirsə bu problemin də həlli çayla aradan qalxır. İlıq çay ilə dolu vannaya ayaqlarınızı qoyun və hər gün axşam yatmamışdan 10 dəqiqə əvvəl vanna edin. 10 gün ərzində çay vannası qəbul edəndən sonra ayaqdan gələn iy təmamilə kəsiləcək.
Əksər gənclər üzlərində çıxan sızanaqlardan şikayət edirlər, amma çoxları bilmir ki, bunun da dərmanı çaydır. Yaşıl çayı dəmləyin və pambığı çaya batırıb sızanağın üstünə qoyun, 10-15 dəqiqə saxlayın. Tezliklə xeyrini görəcəksiniz.
Çay min bir dərdin dərmanı, susuzluğu kəsən, rahatlıq verən ən sevimli içkidir. Çaya təlabat zamanı keyfiyyətli çaylardan istifadə etməyə çalışın ki, min bir dərdin dərmanı bədəninizdə yeni bir dərd yaratmasın.
Devamını Oku
Dr.Cəlil Bağırov Oksitasin-Sevgi hormonu

Dr.Cəlil Bağırov Oksitasin-Sevgi hormonu



 "Bəylər,xanımlarla xoş davranıb, xoş sözlər söyləyin,,,sonra başımın ətini yedi deməyin!"

Oksitasin Yunancadan oxys və tokos sözlərindən götürülərək sürətli doğum mənası daşıyan bir termindir.
Oksitasin təkcə doğumu asanlaşdırmaz, eyni zamanda körpə ilə ana arasındakı bağlığı, yoldaşlar arasındakı bağ və istiliyi artırar, ictimai mühitə,həyata sevgi ilə baxmağa yardımçı olar.Bir sözlə XOŞBƏXT İNSANIN PROFİLİ...
Bu hormon, sevgi hormonu, eşq hormonu, xoşbəxtlik hormonu kimi həmişə müsbət adlandırmalarla xatırlanır. Çünki oksitasin hormonu, sevgi gördükcə, arzulandıqca, tokunduqca, sarıldıqca artan bir hormondur.
Oksitasin Səviyyəsi Necə artırılır?
Təbiət ilə iç-içə olmaq, təbiəti sevmək (quşların səsi,dənizin dalğası, ağacın çiçək açması və s.)
Estetik olan hər şeydən xoşlanmaq
Tez-tez sarılmaq, əl-ələ tutmaq (toxunmaq, təmas etmək və s.)
Masaj etmək
Məşq etmək,
Xəyal qurmaq
Heyvanları sevmək,
Musiqi dinləmək
Yemək yemək,xüsusilə şokolad yemək,
Əyləncəli yerlərə qatılmaq,
Sosial olmaq, ətrafına pozitiv insanları yığmaq...
Qısaca sizi xoşbəxt edəcək hər şeyə yaxın, sizi üzəcək olan hər cür adam və hadisələrdən uzaq olmaq lazımdır. Oksitasin qadınlara aid bir hormon olub, partnerini xoşbəxt edən, ona sevdiyini söyləyən,sarılan, hər fürsətdə ona olan marağını göstərən kişi, qadının oksitasin hormonunu yüksəltdiyindən özü də xoşbəxt olar.
Oksitasin hormonu artması yalnız yoldaşlar arasında qadına xas bir vəziyyət deyil. Yəni həmişə kişilər qadınlara bu şəkildə davranmalı mənası daşımır. Onsuz da maraq görən qadın sevildiyini hiss etdikdən sonra istər-istəməz hormon öz işini görəcək. Yetər ki,xanımlarımız xoş söz eşitsinlər.
Körpəsini əmizdirən ana bu vəziyyətdən məmnundur. Gecə o şirin yuxusunu böləcək qədər ən az 2- 3 dəfə oyanıb körpəsini əmizdirərkən aldığı həzz, analıq duyğusu deyilib də tərifi tapılmayan bir hissdir.
Oksitasin azlığı nələrə səbəb olur?
Təəssüf ki, indiki vaxtda davamlı olaraq qarşılaşılan insan profili buna ən gözəl nümunədir.
Siz heç yolda gedərkən gülümsəyən, tanımasa da səhər yürüşlərində Salam,Sabahınız xeyirli olsun deyən insanlar gördünüzmü? Əlbəttə yox və ya çox az... Görməzsinizdə! Çünki bədbəxt insanlar hər keçən gün çoxalmaqdadır.
Xoşbəxt qadın yoldaşını xoşbəxt edər. Xoşbəxt bərabər ailəsini xoşbəxt edər, xoşbəxt ailələr isə xoşbəxt cəmiyyətləri meydana gətirər.Oksitasin əskikliyi hər şeydən əvvəl insanları bədbəxt edir və dolayısı ilə ətraflarına mənfi enerji yayaraq onların da bədbəxt olmalarına vəsilə olurlar.
Oksitasinin azlığı
depressiya
stress
bədbəxtlik
miqren
narahatlıq
çatışmazlıq
əsəbilik
uyğunlaşmazlıq
huysuzluk
gərginlik,
Qayğı, narahatlıq, qorxu kimi daha da çoxaltıla biləcək mənfiliklərə səbəb olmaqdadır.
Oksitasin hormonu, xarici təsirlərlə artıb, yenə xarici təsirlərlə çoxaldığı kimi burada qarşı tərəfə böyük vəzifələr düşür. Ağıllı kişi Xanımını xoş tutan kişidir. Qadının isə şərtsiz və şərtsiz təslimiyyəti özbaşına inkişaf edən bir hormonsal hadisədir!!!
Oksitasinin digər xüsusiyyətləri;
Sadiqlik və sədaqəti yaxşılaşdırır
Qarşılıqlı əlaqələri möhkəmləndirir.
Xoşlanma, həzzi artırır.
Əmizdirmə müddətini asanlaşdırır
Cinsi xəbərdar edilməyi artırır
Gərginlik, stres kimi bütün mənfilikləri yox edər.
Oksitasin Hansı qida və vitaminlərdə var?
Əslində oksitasin özü bir vitamin və qida kimidir, hətta daha da artıqdır. Əhəmiyyətli olan onu ortaya çıxarmaqdır.
Xurma və şokoladın oksitasini artırdığı bilinməkdədir. Bundan əlavə B6, B2, B1, A vitaminləri oksitosin hormonunu artıran vitaminlərdir.
Oksitasin təsirləri saymaqla bitməz. Doğum əvvəli ananı doğuma hazırlama və doğumun daha asan reallaşmasına dəstək olma, körpə doğular doğulmaz ana sinəsindəki süd vəzilərinin fəaliyyətə gəlməsi kimi bütün bu inkişafları, insanının istəyi və iradəsi xaricində təmin etməsi gerçək bir möcüzədir. Yəni ana övlad bağının yalnız romantik mənada deyil fiziki və ruhi mənada da dəyişikliklər yaratdığı bir möcüzədir.Oksitasin hormonu, elmi olaraq sübut edilmiş fövqəladə təsirləriylə, xəstə müalicələrində, bəzi travmalardan ibarət mənfi vəziyyətlərdə də müalicə məqsədli istifadə olunan bir hormondur. Müalicə görən xəstəyə tətbiq olunan tək şey isə oksitasin hormonunu hərəkətə gətirəcək adamı xüsusilə, onu xoşbəxt edəcək vəziyyətləri önə çıxararaq mümkün olmaqdadır.



Hər birinizin Xoşbəxt və pozitiv yaşaması diləyilə : 
Dr.Cəlil Bağırov
Devamını Oku