Op. Dr. Cəlil Bağırov - Ailə Həkimi, Ginekoloq Azərbaycan Tibb Universitetini bitirib. Almaniyada "Onko Ginekologiya", “Endokrin ginekologiya”, “Pilləli autoterapiya”, “Homotoksikologiya” üzrə nəzəri və praktiki biliklərə yiyələnib.
Türkiyədə isə “Meme hastalıkları ve Meme cerrahisi" təhsilini alıb. Eyni zamanda, “Onkoplastik meme cerrahisi, Mamografi ve meme ultrasonu” üzrə nəzəri və praktiki biliklərə yiyələnib.
Həmçinin, “Süd vəzləri patalogiyası (Ginekomastiya, mastit, mastopatiya, kista, lipoma, fibroadenoma, yağ nekrozu, intraduktal papillom.)”, “Endokrin ginekologiyanın profilaktikası, diaqnostikası və müalicəsi” üzrə fəaliyyət göstərir.
Həkim bir çox assosiasiyaların üzvüdür, beynalxalq seminarların, simpoziumların və elmi konfransların daimi iştirakçısıdır.
