EHTIYYATLI OLUN! SÜD VƏZİ XƏRÇƏNGİ Səssiz savaş apara bilər


ERKƏN DİAQNOZ DA SİZİN HƏYATINIZI QORUMAQ ŞANSINA MALİKDİR!!!
✔ERKƏN DİAQNOZ
Müalicəsi ən asan olan erkən mərhələdəki süd vəzi xərçəngləri tipik olaraq heç bir əlamət göstərməzlər. Bu səbəblə qadınların süd vəzi xərçənginin erkən diaqnozu üçün təklif edilən nəzarət proqramlarının tətbiqi çox əhəmiyyətli və əvəzsizdir.Və bu Süd vəzi xərçənginə erkən mərhələdə diaqnoz qoyulması, müalicə variantlarının sayını, müalicənin müvəffəqiyyətə çatma və həyatda qalma şansını əhəmiyyətli nisbətdə artırar. Erkən diaqnoz edilən süd vəzi xərçəngi, xəstənin döş toxumasına heç bir qalıcı zərər vermədən, sadə bir cərrahi müdaxilə ilə müalicə edilə bilər. Diaqnoz bir az daha gecikdiyində, xəstəliyin müalicəsi üçün döşün hamısının alınması lazım olur və bəzən bu müalicə belə qeyri kafi olar. Əgər xəstəliyin diaqnozu daha da gecikərsə və bədənə yayılarsa, artıq sistemli bir xəstəlik halını almış deməkdir və cərrahi olaraq müalicə edilməsi mümkün deyil. Bu vəziyyətdəki xəstələrə uzun sürən və bəzən də nəticə verməyən ağır dərman müalicələri tətbiq məcburiyyətində qalırıq.
Erkən Diaqnoz - lazım olan əsas
📍📍📍3 Üsul
✔ Şəxsi - Öz Özünə Süd vəzi Müayinəsi (Bu haqda geniş məlumatı səhifəmdə oxuya bilərsiniz)
✔ Klinik müayinə- Etibar etdiyiniz həkim tərəfindən edilən müayinə
✔ Mamografi
Normal da 20 yaşından sonra hər ay şəxsi müayinələrin edilməsini, 40 yaşından sonra isə ildə bir dəfə olmaq üzrə klinik müayinə və mamaografi etməyiniz gərəklidir.Ancaq daha sonrakı mamogramlarınıza istinad olması üçün otuzuncu yaşlarınızda ən azından bir mamografi çəkdirərək saxlamanız məsləhətdir.
Az bir zaman kəsiyi özünüzə ayıraraq Həyatın nəşəsini yaşamağı sizlərə arzulayıram.Allaha əmanət olun.
Hörmətlə : Dr. Cəlil Bağırov

Benzer Konular
Sonraki
« Sonraki Konu
Önceki Konu
Önceki Konu »