Dr.Cəlil Bağırov "Xərçəng və Şəkər"


 İndiki zamanda şəkər qəbulu çox artmış bir hal almışdır.
Demək olarki yeyib içdiyimiz hər şeyin içinə şəkər və ya şəkərə bənzər kimyəvi qatqılar var. İstifadə etdiyimiz hazır şorbalar, qablaşdırılmış yüzlərlə qidalardan biz fərq etmədən bədənimizə artıq şəkər yüklənir. Ən əhəmiyyətlisi də şəkər istehlakının xərçənglə olan əlaqəsidir. Elm adamları xərçəng hüceyrələrinin ən sevdiyi yemək olan şəkərə qarşı hər kəsi xəbərdar edir. Dünyada şəkər istifadəsini azaltmaq üçün tənzimləmələr edilir .
Əlbəttəki "Bədənin şəkərə ehtiyacı var, şəkər enerji qaynağıdır və onsuz yaşamamız mümkün deyil. Ancaq çox istifadə edildikdə hormonal,maddələr mübadəlisənin pozulmasına gətirib çıxardır. Xərçəng hüceyrələri yalnız şəkərlə qidalanır və şəkəri də normal hüceyrələrdən təxminən 200 dəfə çox istifadə edir.
Gündəlik alınması lazım olan ən yüksək miqdarda şəkərin miqdarı kişilər üçün 9 çay qaşığı, qadınlar üçün isə 6 çay qaşığıdır.Bu miqdarlar kalori hesablandığında kişilər üçün 150 kalori, qadınlar üçün də 100 kaloriyə bərabər gəlir. Bir çox insan isə gündəlik bu nisbəti asanlıqla ikiyə və daha çox artığını qəbul edir.Şəkər qəbulunu azaltmaq üçün müxtəlif növ içkilərdən,konserv qidalardan, un məmulatlardan,şirniyyatlardan və s. uzaq durmağınız məsləhətlidir.Şəkər əvəzinə meyvə və meyvə qurularından istifadə etməyiniz məqsədə uyğundur..
P.S. Ağıllı qadın yeməyə yox, kişiyə dedikləri hər sözə şəkər qatır və kişinin dedikləri hər sözdən duzu yığışdırır (Ərəb atalar sözü)

Sevgi ve saygılarımla :
Dr. Cəlil Bağırov

Benzer Konular
Sonraki
« Sonraki Konu
Önceki Konu
Önceki Konu »