Dr.Cəlil Bağırov|VAGİNİZM


Vaginizm - cinsi əlaqə zamanı qadının uşaqlıq yolunun əzələlərini istəmədən sıxılması nəticəsində cinsi əlaqənin olmaması və ya çox çətin olması vəziyyətidir. Vaginizm bütün dünyada ginekoloqlar tərəfindən tez-tez qarşılaşılan cinsi problemdir. Ölkəmizdə ortalama olaraq hər 10 qadından 1 və ya 2-si həyat yoldaşı ilə əlaqədə bu problemi yaşayır.
Vaginizm xəstələrində sıxılmalar yalnız vaginal girişdə deyil, eyni zamanda qarın, bel, kürək kimi bədənin başqa nahiyələrindəki əzələlərdə da görülə bilər. Bəzi xəstələrdə isə sıxılmalar bütün bədənə yayılmır, yalnız uşaqlıq yolunda olur və cinsi əlaqəni qeyri-mümkün edir. Hətta bu vaginal sıxılmaların çoxu xəstə tərəfindən deyil, qadının həyat yoldaşı tərəfindən hiss olunur. Bədəndə və ya uşaqlıq yolunda olan bu sıxılmalarını qadın özü idarə edə bilmir. Qadında sıxılma zamanı narahatlıq, qorxu yaranır və nəticədə qadın cinsi əlaqədə olmaqdan imtina edir. Bəzi xəstələr aylar və ya illər sürən evlilik müddətlərinə baxmayaraq hələ də bakirə 1alırlar. Əlbəttə bu problemlar qadın və kişi arasında münasibətə çox pis təsir edir.
Vaginizm özünü yalnız cinsi əlaqəyə girə bilməmə və ya əlaqə zamanı sıxılma kimi əlamətlər ilə göstərmir. Bu xəstəliyin digər əlamətləri də var. Əslində uşaqlıq yoluna edilən hər cür əməliyyat və ginekoloji müayinə vaginizm olan xəstələr tərəfindən xoşagəlməz qarşılanır. Vaginizm olan qadınlar adətən tampon və vaginal şam istifadə edə bilmir.
Vaginizmin səbəbləri 90% da psixoloji problemlərlə əlaqədardır. 10% isə orqanik (yəni struktur) səbəblər rol oynayır.
1 - Psixoloji səbəblər:
- qızlıq pərdəsini qorunması ilə əlaqədar uşaqlıqdan qalma qorxular,
- cinsi zədələlər (təcavüz, fiziki zorakılıq, pornografik film izləyib iyrənmə, ana atanın cinsi əlaqəsinə şahid olma kimi)
- hamilə qalma, abort, doğuş qorxuları,
- həddindən artıq ağır cəmiyyət nizamı içində həyat, ağır əxlaq qaydaları və tabular,
- cinsi əlaqəyə günahkarlıq, ayıb kimi yanaşma,
- ilk gecə ilə əlaqədar yanlış, şişirdilmiş məlumatlar , ilk gecədə ağrı və ya qanaxmanın çox olacağı düşüncələr və s.
2 - Orqanik (struktur) vaginizmin səbəbləri:
- qızlıq pərdəsinin qalın və yüksək kənarlı olması,
- qızlıq pərdəsinin digər anormallıqları (ara bölməli və ya ələk şəklində qızlıq pərdəsi quruluşu),
- vagina içindəki ara bölmələr,
- bartolinit,
-vulvar-vestibulit sindromu
- vaginit.
Daha əvvəl heç vaginizm problemi olmayanlarda belə yaşanmış pis təcrübələr (çətin doğuş, abort, kobud edilən bir ginekoloji müayinə kimi vəziyyətlər) nəticəsində də vaginizm inkişaf edə bilər. Bütün bu səbəblərə görə düzgün ginekoloji müayinənin əhəmiyyəti böyükdür. Bu səbəbdən vaginizm müalicəsinə başlamadan əvvəl ginekoloji müayinədən hər bir qadın keçməlidir. Ancaq bu şəkildə ən uyğun müalicə yanaşması seçiləcək.
SAĞLAM YAŞAMANIZ DİLƏYİLƏ : DR.CƏLİL BAĞIROV

Benzer Konular
Sonraki
« Sonraki Konu
Önceki Konu
Önceki Konu »