Dr. Cəlil Bağırov| BU XƏSTƏLİK QADINLARI SEVİR!!!

























Hər yerim ağrıyır, normal yuxum yoxdur, səhərlər yorğun qalxıram,rahat ola bilmirəm ... Bu şikayətləri tez tez dilə gətirirsinizsə fibromialgiya xəstəsi ola bilərsiniz. 
Fibromialgiya (lat.fibro- fibroz toxuma, Yun. myo-əzələ , Yun. algos- ağrı) - xüsusi ilə kürək , boyun , bazu və qalça nahiyyəsində yayılmış sümük-oynaq ağrısı , yorğunluq ilə biruzə verən xəstəlikdir.Hər yaşda və hər iki cinsdə müşahidə edilməklə bərabər, daha çox qadınlarda , 30-60 yaş arasında görülür.
Qadınlara daha çox təsir edir
Dəqiq səbəbi bilinməməklə bərabər, güman edilir ki fibromialgiyanın inkişafında psixoloji, genetik,neyrobioloji ve ekoloji faktorların rolu vardır.
3 aydan çox davam edən yayılmış bədən ağrısı.Ağrı əsas əlamət olub ,ən çox boyun, bel , qol və ayaqlarda , döş qəfəsində müşahidə olunur. Ağrı stress, pis yuxu , soyuq və nəm hava şəraitində arta bilir.
Əlamət və simptomları:
Yuxu pozulması, dincəlmək-rahatlıq hissi yaratmayan yuxu
Səhər saatlarında yorğunluq
Koqnitiv disfunksiya , o cümlədən diqqət toplamada çətinlik, qısa və uzunmüddətli yaddaşda problemlər
Həyəcan və depressiya
Baş ağrıları
Qollar, ayaqlar və üzdə uyuşma
Sidik kisəsi və bağırsaq funksiyasının funksional pozulması
Fibromialgiyani artıran faktorlar bu şəkildə sıralana bilər:
• Stress
• Nizamsız bir həyat, yorğunluq
• Həddindən artıq siqaret və Spirtin qəbulu
• Psixoloji problemlər
• Uzun müddət oturaq ya da ayaqda dayanma
• Yüksək iş tempi
Həkim həkim gəzməyin...
Fibromialgiyanın müalicəsində xəstənin rahatlığı əhəmiyyət daşımaqdadır. Əgər xəstəliyə doğru diaqnoz qoyulmursa adam fərqli bir xəstəliyin müalicəsini görürsə, dərman yükü altında əlavə problemlərlə qarşılaşa və xəstəlik, xroniki bir hal ala bilər. Ayrıca çox sayda həkimə getmək, bir həkimin tətbiq etdiyi müalicəni buraxıb, digərinə başlamaq da xəstəliyi mənfi istiqamətdə təsir etməkdədir. Dərmanla müalicə edilə bilən fibromialgiya xəstəliyində xüsusilə müalicəni davamlı aparmaq əhəmiyyət daşımaqdadır.
3 aydan uzun sürən ağrıya diqqət...
Fibromialgiya diaqnozu qoyularkən xəstədə xroniki ağrı hekayəsi və həssas nöqtələr göz qarşısında saxlanılmalıdır.Bədənin üst və alt yarısında, çox nöqtədə 3 aydan uzun sürən ağrı şikayətləri nəzərə alınmalıdır. Ağrının tam səbəbi axtarmaqla birlikdə regional və sistemik digər xəstəlik şübhəsini aradan qaldırmaq üçün ətraflı müayinə əhəmiyyətlidir.
Yuxunuzu normallaşdırıb və sağlam qidalanın
Fibromialgiya xəstələrinin dərman müalicəsinə əlavə olaraq gündəlik həyatlarında da bəzi dəyişikliklər etməsi lazımdır. Stressdən uzaq olmalı, nizamlı bir həyat,sağlam qidalanmalı və nizamlı yuxu müalicənin keyfiyyətini artırmaqdadır. Orqanizmin rahatlanmıdığı müddətcə adam, gündəlik həyatda qarşılaşdığı ən kiçik bir hadisəyə belə həddindən artıq reaksiya verəcək.
İdman müalicədə kilid rolunu oynayır...
Fibromialgiyanın müalicə müddətində idman etmək son dərəcə təsirli olmaqdadır. Yorucu bir iş gününün sonunda idmana getmək çox kefli görünməsə də həftədə ən az 3 gün idman edilməlidir. Uzun saatlar masa başında çalışmaq və hərəkətsizlik, əzələlərin inkişafını mənfi istiqamətdə təsir edər. İdman sayəsində adamın həm əzələləri çalışmaqda həm də özünü yaxşı hiss edir. Yalnız dərmanla bu xəstəliyin müalicəsinin mümkün olmadığı unudulmamalıdır.
Uzun saatlar yazı yazmaq şikayətləri artırır...
Fibromialgiya müalicəsində məqsəd, ağrı və yorğunluqdan şikayət edən, fiziki və ictimai həyatı təsirlənmiş adamın çətinliklərinə istiqamətli müalicə variantlarını hazırlamaqdır. Dərman müalicəsində ağrı kəsicilər,antidepresantlar və qıcılma əleyhinə dərmanlardan istifadə olunur.Ancaq dərman müalicəsinə əlavə olaraq xəstənin gündəlik həyatı da əhəmiyyətlidir. Uzun davamlı oturma, ayaqda dayanma, stress, uzun müddət yazı yazma, ağırlıq qaldırma, qolların gərgin mövqedə işi, şikayətləri artırmaqdadır.
Fibromialgiyadan qorunmaq üçün ...
• Yuxunuzu normallaşdırın
• İdman edin
• Sağlam və vaxtı vaxtında qidalanın
• Stressdən uzaq durun
Hər zaman ağrısız yaşamaq diləyilə : Dr. Cəlil Bağırov

Benzer Konular
Sonraki
« Sonraki Konu
Önceki Konu
Önceki Konu »