Adət gecikmələri



Hamiləlik, əmizdirmə və menopauz kimi fizioloji    halların xaricində aybaşının gecikməsinin müxtəlif cür səbəbləri ola bilər. 
Bu səbəblər həyati şərtlərin dəyişməsilə bağlı olaraq müxtəliflik göstərir.
Nizamlı adət 21 ilə 35 gün arasında reallaşarır. Aybaşının ilk günü adət dövrünün 1-ci günü olaraq hesablanmalıdır.Tutaqki 1 Yanvarda adət görən bir qadının növbəti adət halı 22 yanvar - 5 fevral tarixləri arasında dəyişilməlidir.Gözlənilən tarixin 1 həftə gecikməsi aybaşının gecikməsi olaraq qiymətləndirilir,və yeni adət görməyə başlamış gənc qızların aybaşı tarixlərinin nizamsız olması aybaşının gecikməsi kimi qələmə alınmır.
Adət halının gecikməsinin səbəbləri
1. Stress
Stress və narahatlılıq bir çox sağlamlıq problemini yarada bilir. Stressli ruh halı orqanizmin fiziologiyasini pozar və yumurtlamağı təmin edən LH hormonunu azaldır. Yumurtlama gecikdiyində və ya olmadıqda adət qanaması gecikir. Fiziki və mənəvi yük,ağır və yorucu iş, böyük dəyişikliklər, yaxın ətrafdan birinin itkisi, ünsiyyət problemləri və digər mənfi hallar adət halını gecikdirmiş olur.
2. Xəstəlik
Adətin ləngiməsi müxtəlif ginekoloji xəstəliklər, məsələn, uşaqlığın və yumurtalıqların iltihabı, uşaqlığın mioması (xoşxassəli şişi), onkoloji xəstəliklər və s. səbəblərdən baş verə bilər. Mütəmadi olaraq menstruasiyanın ləngiməsi yumurtalıqların polikistoz xəstəliyi üçün xarakterik hesab edilir.
Aybaşının ləngiməsi, həmçinin uşaqsalmadan (abort) sonra da baş verə bilər. Bunun səbəbi isə - uşaqsalmadan sonra pozulmuş hormonal tarazlıq, həmçinin uşaqlığın özündə olan patoloji dəyişikliklər. Yəni, uşaqsalmadan sonra aybaşı 21-35 gündən sonra yox, 40 gün və daha artıq müddətdən sonra baş verə bilər. Belə ləngimə normal hesab edilə bilməz və qadının müayinə və müalicə olunmasını tələb edir.
3.Dərmanlar
Kimyaterapiya dərmanları, kortikosteroid və antidepresantlar adət düzensizliyini yol açar. Adət ləngiməsinin səbəbi oral (ağızdan qəbul edilən) kontraseptivlərin (hamiləlik əleyhinə dərman preparatları) qəbul edilməsi də ola bilər. Preparatın qəbul edilməsi dövründə və ya onun qəbulunu dayandırdıqdan sonrakı müddət ərzində bir neçə aybaşı tsikli olmaya bilər.Dərman dozalarının dəyişməsi də yenə aybaşının gecikməsinə səbəb ola bilir.
4. Çəki dəyişmələri
Çox zəif və ya çox kilolu olmaq adət qanamalarında nizamsızlığa yol açır. Çox kilolu olmaq hormonal balansa təsir ederken, çox zəif olmaq bədənin yağ kütləsinin olmaması səbəbiylə adət düzensizliyini səbəb ola bilər və ya tamamilə dayandıra bilər. İdeal bədən kütlə indeksinin 18-in üstündə olmasıdır.
Bədən kütlə indeksi,bədən çəkisinin kiloqramla ölçüsünün,boy uzunluğun metrle ölçüsünün kvadratına olan nisbətiylə hesablanır.
5. Sıx məşq proqramı
Çox ağır idman edən professional idmançıların adət dövrlərinin nizamsızlığı yaşaması normaldır. Sıx məşq proqramına baxmayaraq kalorili yeməklər qəbul edildikdə də adət nizamsızlığı görülə bilər. Eyni zamanda çox səyahət etmək də adət qanamalarının gecikməsinə və ya dayanmasına səbəb ola bilər.
Sevgi ve Saygılarımla : Dr. Cəlil Bağırov

Benzer Konular
Sonraki
« Sonraki Konu
Önceki Konu
Önceki Konu »