Dr.Cəlil Bağırov|Qadınlar niyə ağlıyırlar ?



  
 Dünyaya ilk göz açdığımızda və ilk nəfəsimizi ciyərlərimizə çəkdiyimizdə ağlamağa başladıq... Körpəykən qarnımız acdığında, bir ağrımız olduğunda ağladıq...Çünki əlimizdən başqa bir şey gəlmirdi. Uşaqkən istədiklərimizi əldə etmək üçün ağlama silahından istifadə etdik... Bəzən də yediyimiz sillələrin sonrasında ağladıq...Yetkinlik çağına gəldiyimizdə hər dəfə ağlamağı kənara qoyduq. Artıq yalnız qaldığımız zamanlarda,çətinlikdən, kədərdən, eşqdən və ayrılıqdan ağlar olduq...Böyüdükcə gözyaşını daha az tökər olduq.Həyata gözlərimizi yumduğumuzda bu səfər ağlayan biz deyil sevdiklərimiz oldu...Bəs görəsən qadınlar niyə tez-tez ağlayır?
Belə qəbul edilib ki, qadınların göz yaşı ta uşaqlıqdan onların ayrılmaz bir hissəsinə çevrilib.
Kişilərin fikrincə, qadınlar ağlayıb-sızlamağı sevir. Gəlin buna başqa baxış bucaq altından – tibbi nöqteyi nəzərdən baxaq. Görən göz yaşı hardan gəlir?
Hormonlar,hormonlar,ah hormonlar...
″Hormon″ sözü – yunanca ″hərəkətə gətirmək″ deməkdir, maddələr mübadiləsini tənzim edir, hüceyrə və hüceyrə membranının keçiricilik qabiliyyətini artırır və eyni zamanda endokrin vəziləri sisteminin hasil etdiyi bu kimyəvi maddələr həm kişilərin, həm də qadınların emosional vəziyyətini təyin edir. Qadınların göz yaşlarının miqdarına əsasən prolaktin hormonu təsir edir. Onun səviyyəsi nə qədər yüksək olarsa, göz yaşları bir o qədər çox axar. Kişi hormonu olan testosteron göz yaşları yaranmasını azaldır, buna görə də qadınlar kişilərə nisbətən daha tez-tez ağlayırlar.
"Hormonal partlayış”...
Hər bir qadının xoşbəxt həyatında "hormonal partlayış”ın baş verdiyi dövrlər olur. Bu,qızlarda aybaşının başladığı dövrü,böyümə dövrü,hamiləlik, doğuş və klimakterik (hormonal sistemin sönməsi) dövrüdür. Hamı bilir ki, ağladıqdan sonra insan yüngülləşir. Ağlayan kəs sakitləşir, çünki göz yaşları ilə birlikdə stress hormonlarının qalığı xaric edilir. Hormonların artıb-azalması zamanı qızlar stressə, məişət qayğılarına, şəxsi həyatdakı uğursuzluqlara qarşı çox həssas olur. Bütün qadınlar eynidir.Bu, heç də doğru deyil. "Ağlağan xarakter”ə mənfi amillər də təsir edir: temperamentin melanxolik tipi,depressiya, suiqəsdə cəhd halları, uşaqlıqdan sağlamlığın zəif olması,xəstəliklər (başın zədələnməsi, insult, vitamin çatışmazlığı və s.). Nahaq yerə deməyiblər: "Sağlam bədəndə sağlam ruh olar”. Belə amillərin olmaması qadınların hormonal dəyişikliklərin öhdəsindən asanlıqla gəlməsinə səbəb olacaq. Buna görə də çalışmaq lazımdır ki, stresdən gözəl qadın gözlərindən bir damla da olsa göz yaşı axmasın. Çünki göz yaşları heç də həmişə "yüngül” deyil, bəzən "qızıla bərabər” olur...
Gözlərinizdən sevinc göz yaşı axması diləyilə... : Dr. Cəlil Bağırov

Benzer Konular
Sonraki
« Sonraki Konu
Önceki Konu
Önceki Konu »