Süd Vəzisi Xərçəngi Müalicəsi

Süd Vəzisi Xərçəngi Müalicəsi

cerrahiSüd vəzisi xərçənginin müalicəsi üçün qrup işi lazımdır.  Bu qrupun içində xəstənin əməliyyatını həyata keçirən ümumi, cərrah xemoterapiya tətbiq edən onkoloq, şüa müalicəsini həyata keçirən radiasiya onkoloqu, diaqnoz qoyulmasını təmin edən radioloq və patoloq ilə birlikdə xəstəyə yeni süd vəzisi düzəltmək üçün plastik cərrah olmalıdır. Süd vəzisi xərçəngi sadəcə xəstəyə deyil, ətrafındakı insanlara da psixoloji anlamda vacib dərəcədə təsir edən bir problemdir. Belə bir həkimlər qrupunun içində psixoloji dəstək verən bir psixoloq və ya psixiatr da olmalıdır. Bu həkimlər süd vəzisi xərçəngi mövzusunda savadlı və mütəxəssis olmalıdırlar.
Süd vəzisi xərçəngi üçün müxtəlif müalicə texnikaları var. Bunlar tək və ya birlikdə tətbiq edilə bilər.
1-Cərrahi müalicə
2-Radioloji terapiya ( Şüa müalicəsi )
3-Xemoterapiya ( Dərman müalicəsi )
4-Hormonoterapiya (Hormon müalicəsi)
CƏRRAHİ MÜALİCƏ
Xəstənin müalicəsi xərçəngli toxumanın cərrahi yolla çıxarılması ilə başlayır. Lazımi hallarda qoltuq altı limfa vəziləri də təmizlənir. Günümüzdə süd vəzisi xərçənginin müalicəsində bir neçə müxtəlif cərrahi müdaxilə metodları istifadə edilir. Bu metodlar: 1- Süd vəzisinin cərrahi yolla tamamilə alındığı əməliyyatlar; 2-Sadəcə şişin alınıb süd vəzisi toxumasının qorunduğu əməliyyatlar olaraq əsas 2 qrupa bölünür.
Keçmiş illərdə bütün süd vəzisi toxumasının çıxarıldığı geniş cərrahi əməliyyatlar aparılırdı. Xərçəngin diaqnozunun daha erkən qoyulması, zamanla əməliyyatları minimal vəziyyətə gətirdi. Günümüzdə sadəcə xərçəngli sahənin çıxarılması və süd vəzisinin qorunması, qoltuq altı limfa vəzilərindən isə nümunə alınması sayəsində xəstələrdə müvəffəqiyyətli nəticələr əldə edilir.
Süd vəzisini qoruyan cərrahi əməliyyatlarda xərçəngli toxuma çıxarılaraq süd vəzisinin yerində buraxıldığı əməliyyatlardır. Erkən diaqnoz qoyulan xəstələrdə süd vəzisini qoruyan əməliyyatlar aparılır və beləliklə də süd vəzisini almaqa ehtiyac qalmır. Xüsusilə də erkən dövrdə olan süd vəzisi xərçənglərində süd vəzisini qoruyan əməliyyatlara əlavə olaraq qalan süd vəzisi toxumasına radioterapiya tətbiq edilir. Bu yolla aparılan müalicələrin müvəffəqiyyət səviyyəsi bütün süd vəzisinin alınması qədər yüksəkdir.
Gecikmiş süd vəzisi xərçənglərində süd vəzisinin bir neçə yerində xərçəng tapılması kimi hallarda və ya bəzi çox bədxassəli süd vəzisi xərçənglərində süd vəzisini tamamilə almaq lazım gələ bilər. Belə vəziyyətdə istəyən xəstəyə eyni anda yeni süd vəzisi toxuması da nəql edilə bilər.
Bütün süd vəzisinin alındığı hallarda xəstəyə radioterapiya tətbiq etməyə ehtiyac qalmır. Qoltuq altı limfa vəzilərindən biopsiya məqsədilə nümunələr alına bilər. Bu ayrı bir kəsik atılaraq həyata keçirilir.
Tətqiqatlar nəticəsində məlum olmuşdur ki, bütün süd vəzisinin alındığı əməliyyatların, süd vəzisini qoruyan əməliyyatlarla müqayisədə heç bir üstünlüyü yoxdur. Yəni daha kiçik bir süd vəzisi cərrahiyəsini tətbiq edərək də eyni müvəffəqiyyətli nəticələri əldə etmək olur. Bunun üçün əsas şərt xərçəngin çox inkişaf etmiş olmamasıdır.

LİMFA VƏZİSİ BİOPSİYASI
(sentinel limfa vəzisi biopsiyası)
Bu metodun tətbiqinə yaxın vaxtlarda başlanmışdır və məqsədi; lazımsız qoltuq altı cərrahiyələrini əngəlləməkdir. Süd vəzisindəki xərçəng hüceyrələrinin köçdüyü qoltuq altındakı ilk limfa vəzisini tapıb çıxarmaq yoluyla həyata keçirilir. Əgər oraya bir sıçrama yoxdursa, bütün qoltuq altı vəzilərinin hamısını çıxarmağa ehtiyac qalmaz.
Bu metodda əməliyyatdan əvvəl süd vəzisindəki şişin ətrafına zərəri olmayacaq miqdarda radioaktiv maddə və/və ya mavi boya ilə incə uclu şpris vasitəsilə hər tərəfini əhatə edərək verilir və süd vəzisindən qoltuq altına doğru gedən ağ qan (limfa) yolu ilə onun çata bildiyi qoltuq altındakı ilk limfa vəzisi tapılır. Əməliyyat zamanı çıxarılan bu limfa vəzisi əməliyyatxanada hazır olan patoloq tərəfindən baxılır. Bu araşdırmanın nəticəsinə görə qoltuqaltı cərrahiyəsinin aparılıb aparılmayacağına qərar verilir. Patoloji müayinə nəticəsi şiş sıçramış olaraq gəldiyi zaman qoltuq alti cərrahiyəsi aparılaraq qoltuq altı limfa vəziləri tamamən təmizlənir. Patoloji müayinə nəticəsi şiş sıçramamış olaraq gəldiyi zaman isə qoltuq altı cərrahiyəsi aparılmır və əməliyyat bu mərhələdə başa çatdırılır.

2- XEMOTERAPİYA
(DƏRMAN MÜALİCƏSİ)

kemoterapiXərçəng hüceyrələrini öldürəbilən dərmanlarla aparılan müalicədir. Bu dərmanlar ağızdan və ya damardan verildikdən sonra bütün bədənə yayılır. Ümumiyyətlə, eyni anda bir neçə dərman birlikdə verildiyi zaman daha təsirli olur. Xemoterapiya, kurs olaraq verilir. 4-6 müalicə kursu planlanır. Hər kurs təxminən 3 həftədir. Bu da cəmi 3-5 aylıq xemoterapiya müddəti deməkdir.
Bəzi hallarda aparılan əməliyyata əlavə olaraq dərman müalicəsi də əlavə etmək lazım gələ bilər. Xəstələrdə əməliyyatdan sonra aparılan müayinələrdə hər hansı sahədə xərçəng qalmamış olsa belə, qoruyucu tədbir olaraq bir müddət dərman müalicəsi aparıla bilər. Bu müalicəyə adyuvan xemoterapiya deyilir.
Neoadyuvan xemoterapiya isə xərçəngin 3-cü mərhələsində olan xəstələrdə mövcud olan şişin ölçülərini kiçiltmək və cərrahiyə əməliyyatına uyğun vəziyyətə gətirmək məqsədilə aparılır. Neoadyuvan xemoterapiyanın bir faydası da aparılan xemoterapiyanın şiş üzerindəki təsirliliyinin müşahidə edilməsidir.

4- HORMON MÜALİCƏSİ
Bəzi süd vəzisi xərçəngi hüceyrələri, daxillərində olan hormon reseptorları vasitəsilə esterogene qarşı həssas ola bilirlər. Yəni esterogen hormonu bu xərçəng hüceyrələrinin böyümələrinə və artmalarına səbəb ola bilər. Hormon müalicəsində məqsəd, daxilində esterogen reseptoru olan və bu hormona həssas olan xərçəng növlərində esterogenin təsirini ortadan qaldıraraq, xərçəngin inkişafının qarşısının alınmasıdır.
Selektiv Esterogen Reseptor Modulyatorları (SERM) arasında ən çox tanınan və uzun illərdir istifadə edilən Tamoksifen-dir. (Nolvadeks). Digər SERM-lər isə toremifen, idoxifen və droloxifen-dir.
Tamoksifen, hormon reseptoru pozitiv olan bütün süd vəzisi xərçəngi olan xəstələrdə istifadə edilir. Əlavə olaraq, süd vəzisi xərçəngi baxımından yüksək riskli olaraq qəbul edilən qadınlarda da istifadə edilə bilər. İsti basma, vaginal qanaxma və axıntı, görmədə pozğunluqlar kimi yan təsirləri ola bilər.

Ovarian Ablasiya; Yumurtalıqlardan esterogen ifrazının tamamilə əngəllənməsidir. Ablasiya, cərrahi olaraq (ovoferektomiya) aparıla bildiyi kimi, dərmanlar və ya radiasiya vasitəsilə də həyata keçirilə bilir.

İNKİŞAF ETMİŞ KÖMƏKÇİ DİAQNOSTİK METODLAR
İYNƏ BİOPSİYASI
Süd vəzinizdə əllə hiss edilən kütlə və ya mammoqrafiyada şübhəli bir sahə olduğu hallarda xəstəliyin dəqiq diaqnozu, sadəcə o sahədən alınan nümunə toxumanın tətqiqi ilə qoyulur. Toxuma nümunəsinin alınmasına biopsiya, alınan hissənin mikroskop altında tətqiqinə və bunun nəticəsində diaqnoz qoyulmasına patoloji tətqiqat deyilir.  Biopsiya əməlyyatxana şəraitində cərrahi metodlar ilə həyata keçiriləcəyi kimi,  o sahəyə sadə bir iynə sancılaraq da nümunə alına bilər.
İynə biopsiyası ən asan proseduradır. Şübhəli yerdən sadə şpris vasitəsilə nümunə almaqdan ibarətdir. Alınan nümunə dərhal boyanıb tətqiq edilə bilər. Bu metodun üstünlükləri sadə, ucuz, sürətli və etibarlı olmasıdır. Uzun müddətli boyama texnikaları lazım gelmediyi üçün xəstəyə dərhal diaqnoz qoyula bilir.
İyne biopsiyasının mənfi cəhətləri: xüsusilə homogen olmayan kütlələrdə diaqnoztika şansının az olması; kütlə çıxarılmadığı üçün aparılan proseduraların müalicəvi təsirinin olmamasıdır. Ayrıca iynə ilə alınan materialı araşdıran patologiya üzrə mütəxəssis bu mövzuda təcrübəli olmalıdır.

İŞARƏLƏMƏ və CƏRRAHİ BİOPSİYA
Əllə hiss edilən kütlənin və ya mammoqrafiyada tapılan şübhəli sahənin əməliyyatxana şəraitində tamamilə çıxarılmasına cərrahi biopsiya deyilir. Cərrahi biopsiya ilə kütlənin hamısı çıxarılıb patoloji tətqiqata göndərildiyinə görə  iynə biopsiyası ilə müqayisədə həm daha etibarlıdır, həm də aparılan iş müalicəvi təsirə malikdir. Cərrahi biopsiyanın mənfi cəhəti isə əməliyyatxana şəraitində həyata keçirilən kiçik müdaxilə olması, maddi tərəfi və dəqiq diaqnoz üçün 2 gün lazım olmasıdır.
Cərrahi biopsiya apara bilmək üçün kütlə əllə hiss edilən olmalıdır. Kütlə kiçikdirsə və ya sadəcə şübhəli bir sahədən ibarətdirsə, əllə hiss edilməyə bilər. Əllə hiss edilməyən kütlələr işarə qoyulmadan çıxarıla bilməz. Işarələmə, çıxarilacaq sahənin əvvəldən ultrasəs və ya mammoqrafiya vasitəsilə tapılması, boya və ya sim ilə görünə bilən vəziyyətə gətirilməsidir.
İşarələmə üçün xüsusi nazik sim və ya metilen mavisi istifadə edilə bilər. Bu prosedura lokal anesteziya ilə həyata keçirilir. Işarələmədən sonra xəstə əməliyyatxanaya alınıb cərrahi biopsiya prosedurası həyata keçirilir.

Benzer Konular
Sonraki
« Sonraki Konu
Önceki Konu
Önceki Konu »