Kətan toxumu süd vəzi xərçənginin riskini 20% kimi azaldır


Kətan toxumu nadir müalicəvi xüsusiyyətlərinə malik olan məhsuldur.
Təəssüf ki, bizdə kətan toxumu, kətan unu, kətan yağı populyar deyil. Xaricdə isə bu məhsullar çox geniş istifadə olunur.
Kətan toxumu A, C, E, F vitaminlərlə, kalium, marqans, maqnezium, dəmir, sink, kalsium, yod kimi mikroelementlər, aminturşular, antioksidantlarla zəngindir.
Kətan toxumu çox güclü işlətmə dərmanıdır.
Kətan toxumun növbəti nadir xüsusiyyəti - süd vəzi xərçənginin riskinin azaldılmasıdır. Araşdırmalar nəticəsində sübut olunub ki, kətan toxumunun tərkibində xüsusi maddə "liqnan" var ki, bu maddə qadınlarda süd vəzi xərçənginin riskini 20% kimi azaldır. Məhz bu səbəbdən klimaks dövründə və klimaksdan sonra qadınlar kətan toxumu və həmçinin kətan yağı öz qidalanmasına mütləq daxil etməlidir. Həmçinin kətan toxumu qadınlarda klimaksla bağlı olan nasazlıqları azaldır.
Kətan toxumu çiy vəziyyətdə yemək, üyüdüb un məmulatları bişirdikdə buğda ununa, müxtəlif sıyıqlara, kəsmiyə əlavə etmək olar. Kətan yağını isə müxtəlif salatlara və hazır qidalara əlavə etmək olar.



Benzer Konular
Sonraki
« Sonraki Konu
Önceki Konu
Önceki Konu »