Dr.Cəlil BağırovIÖZ ÖZÜNƏ SÜD VƏZİ MÜAYİNƏSİ...


Hər bir xanim,Öz özünə süd vəzilərini müayinə etmeyi bilməli və mən deyərdim ki,adi bir iş halına salmalıdır.
Əgər bilmirsə öyrənməli və utanmamalıdır!Bu vacib və mütləqdir!
Süd vəzilərini, ayda bir dəfə olmaqla, mütəmadi olaraq müayinə etmək lazımdır.Şərti olaraq xanımları dörd qrupa bölək:
● 1.Adət dönəminə çatmıyan xanımlar;
● 2.Normal adət dönəmi olan xanımlar;
● 3.Adət dönəmi qeyri-mütəmadi olanlar və
● 4.Adet dönəmindən tamamilə kəsilmiş xanımlar.
1; 3 və 4-cü qrupdakı xanımlar,ayda bir dəfə eyni tarixdə olmaqla, (məsələn, hər ayın 1-də) qadının özü tərəfindən aparılır.
2-ci qrupdakı xanımlar isə Adət başlanan gündən həmin günü 0 qəbul edərək 7-10 gün sonra aparılmalıdır!
İstifadə olunan ALƏT-Sizin ÖZ ƏLLƏRİNİZDİR!!! Sağ(sol)əlin paralel və ya qismən paralel şəkildə orta üç barmağın və ya dörd barmağın(başbarmaq olmamaq şərtiylə) uc hissələriylə Sol(sağ)süd vəzi və ətrafina basqı göstərməklə həyata keçirilir.Basqılar növbə ilə zəif,orta və güclü şəkildə bir birini əvəz etməlidir.
Belə ki,Süd vəzilərinin müayinəsinin aparılma taktikası aşağıda qeyd etdiyim kimidir.

》Güzgü qarşısında elə dayanın ki, bədənin yuxarı hissəsini asanlıqla tam şəkildə görə biləsiniz.
》Əvvəlcə süd vəzilərinizi qollarınız aşağı olmaqla nəzərdən keçirin. Sonra əllərinizi belinizə,daha sonra əllərinizi başınızın arxasına qoyun.
》Sonra ayaq üstə və ya oturmuş vəziyyətdə olmaqla sol(sağ) əl ilə sağ(sol) süd vəzisinin hər bir sahəsini, kənardan vəzi giləsinə tərəf olmaqla, saat əqrəbi istiqamətində və ya yuxarıdan aşağıya,bayır tərəfdən iç tərəfə yuxarıda qeyd etdiyim kimi əlləyin.
Bundan başqa, qoltuqaltı sahələri də əlləyin.
》Sonra baş barmaqla şəhadət barmağı arasında hər iki süd vəzi gilələrini sıxın.Bu zaman ondan maye ifraz olunarsa, onun rənginə fikir vermək və həkiminizə bu haqda bilgi verməlisiniz.
》Süd vəziləri və qoltuqaltı nahiyələrin müayinəsini eyni ardıcıllıqla uzanmış vəziyyətdə, əvvəlcə müayinə olunan tərəfdə qolu yana salmaqla, daha sonra isə başın arxasına qoymaqla təkrar edin.
■ HANSI DƏYİŞİLİKLƏRƏ FİKİR VERİLMƏLİDİR VƏ MÜTLƏQDİR!!!
• Ağrının olması ;
• Heç bir ağrı olmasa da, vəzilərdə düyünlərin və ya bərkimə sahələrinin hiss edilməsi ;
• Süd vəzi giləsindən və ya gilələrindən mayenin ifraz olunması ;
• Süd vəzilərinin forma və ölçülərində olan dəyişikliklər ;
• Vəzi səthindəki dərinin və ya vəzi giləsinin içəriyə doğru dartılması ;
• Vəzi sahəsində dərinin və vəzi giləsinin kobudlaşması ;
• Qoltuqaltı sahələrdə limfatik düyünlərin əllənməsi;
• Vəzi nahiyəsində dəridə olan iltihabi dəyişikliklər.

Müayinə zamanı,hər hansı cüzi bir dəyişilik hiss etdikdə,zaman itirmədən seçdiyiniz və inandığınız həkimə müraciət edin.

P.S. Nə gözəl Allahimiz var.Bizə lazım olan hər şeyi verib.Sadəcə təmbəlliyimizi buraxıb,zaman itirmədən işə başlayıb və...Şükür edək...Əlbəttə,Şükür edək!!!
Yazı mənə aiddir,götürərkən deməyinizi xahiş edərdim!!!

Hörmətlə : Dr. Cəlil Bağırov

Benzer Konular
Sonraki
« Sonraki Konu
Önceki Konu
Önceki Konu »