Ginekoloji xəstəliklər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Ginekoloji xəstəliklər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Dr.Cəlil Bağırov|"Menstruasiya" əfsanevi fikirlər...

Dr.Cəlil Bağırov|"Menstruasiya" əfsanevi fikirlər...


Menstruasiya dövrü ilə əlaqədar ağızdan-ağıza yayılan məlumatlar zamanla doğru kimi qəbul edilir. Lakin menstruasiya dövrləri fərqli xüsusiyyətlər daşıyan dövrdür. Menstruasiya dövrüylə əlaqədar bir çox mif vardır.
◇Menstruasiya dövründə idman etmək olarmı?
-Menstruasiya dövründə hər cür idmanla məşğul ola bilərsiniz. Menstruasiya dövründə edilən fiziki məşqlər ağrını sakitləşdirə bilir, hətta bəzən idman uşaqlığın ağrılı sıxılmalarını belə rahatlaşdırır. Bu səbəblə menstruasiya dövründə idman etmək təhlükəli deyil. ◇Menstruasiya sancıları doğumdan sonra keçə bilərmi?
-Bəzi qadınlarda hamiləlik və əmizdirmə əsnasında dəyişən hormonlar ucbatından menstruasiya sancıları hamiləlikdən dərhal sonrakı dövrdə azala bilər. Hamiləlik və uşağın sayı artdıqca menstruasiya sancılarının azalma ehtimalı da artır. Ancaq endometriozla bağlı menstruasiya ağrıları olan xanımlarda bir müddət sonra menstruasiya ağrıları yenə əvvelki səviyyəsinə geri dönə bilər. Bu vəziyyətdə endometrioz xəstəliyinin diaqnozu üçün laparoskopik müayinədən keçmək lazımdır ve müvafiq mualiceler olunmalidir. ◇Menstruasiya dövründə hamilə qalmaq olarmı?
-Ümumiyyətlə, yumurtlama dövrü menstruasiyanın birinci günündən etibarən 10-18 gün sonradır. Lakin nadir də olsa, daha erkən yumurtlamalar ola bilər. Bu səbəblə menstruasiya tam bitməmiş olsa da cinsi əlaqə hamiləliklə nəticələnə bilər.
◇Menstruasiya qadının ovulyasiya (yumurtlama) keçirdiyinə sübutdur!
- Belə bir şey söz mövzusu deyil. Əgər qadınlarda ovulyasiya (yumurtlama) olmursa belə, hormonal dalğalanmaların nəticəsi olaraq nizamlı menstruasiya ola bilər. Eyni zamanda nizamlı menstruasiya olmağın səbəbi orqanizmdən atılan qanlar ola bilər. Nəticə olaraq bir qadinın nizamlı menstruasiya olması onun ovulyasiya dövrünə girdiyi mənasını verməz.
◇Qadınlar hər menstruasiya dövründə birdən çox yumurtlama dövrü keçirə bilərlər.
-Yumurtlama hər menstruasiya dövründə yalnız bir dəfə olur. Ovulyasiyanın ikinci dəfə olma ehtimalı haradasa qeyri-mümkündür. Birdən çox yumurtlamanın yetkinləşdiyi hallarda, yumurtalar bir-birlərini 24 saat içində buraxır. Amma yuxarıda da ifadə etdiyim kimi, bu, demək olar ki, qeyri-mümkündür. Yəni hər qadının hər ay yalnız bir ovulyasiya dövrü vardır. Və hamilə qalmaq üçün bu tarixin bilinməsi lazımdır. Hər qadının ovulyasiya tarixi (yumurtlama tarixi) menstruasiya tarixinin 14-cü günüdür.
◇Başqa bir yanlış məlumat olan "Hər qadın 28 gün menstruasiya dövrü keçirir" əfsanəsi sayəsində belə bir düşüncə meydana gəlmişdir.
-Hər iki məlumat da səhvdir. Nə hər qadınının menstruasiya dövrü 28 gündür, nə də hər qadının yumurtlama tarixi menstruasiya dövrünün 14-cü günüdür. Qadınlarda menstruasiya dövrü 24-35 gün arasında dəyişir (bəzi hallarda daha da uzun çəkə bilər). Qadınların böyük əksəriyyətində menstruasiya dövrünün 11-ci günü ilə 21-ci günü arasında bir gün yumurtlama olur.
Sağlam yaşamağiniz dileyile : Dr.Celil Bağirov
Devamını Oku
Dr.Cəlil Bağırov|VAGİNİZM

Dr.Cəlil Bağırov|VAGİNİZM


Vaginizm - cinsi əlaqə zamanı qadının uşaqlıq yolunun əzələlərini istəmədən sıxılması nəticəsində cinsi əlaqənin olmaması və ya çox çətin olması vəziyyətidir. Vaginizm bütün dünyada ginekoloqlar tərəfindən tez-tez qarşılaşılan cinsi problemdir. Ölkəmizdə ortalama olaraq hər 10 qadından 1 və ya 2-si həyat yoldaşı ilə əlaqədə bu problemi yaşayır.
Vaginizm xəstələrində sıxılmalar yalnız vaginal girişdə deyil, eyni zamanda qarın, bel, kürək kimi bədənin başqa nahiyələrindəki əzələlərdə da görülə bilər. Bəzi xəstələrdə isə sıxılmalar bütün bədənə yayılmır, yalnız uşaqlıq yolunda olur və cinsi əlaqəni qeyri-mümkün edir. Hətta bu vaginal sıxılmaların çoxu xəstə tərəfindən deyil, qadının həyat yoldaşı tərəfindən hiss olunur. Bədəndə və ya uşaqlıq yolunda olan bu sıxılmalarını qadın özü idarə edə bilmir. Qadında sıxılma zamanı narahatlıq, qorxu yaranır və nəticədə qadın cinsi əlaqədə olmaqdan imtina edir. Bəzi xəstələr aylar və ya illər sürən evlilik müddətlərinə baxmayaraq hələ də bakirə 1alırlar. Əlbəttə bu problemlar qadın və kişi arasında münasibətə çox pis təsir edir.
Vaginizm özünü yalnız cinsi əlaqəyə girə bilməmə və ya əlaqə zamanı sıxılma kimi əlamətlər ilə göstərmir. Bu xəstəliyin digər əlamətləri də var. Əslində uşaqlıq yoluna edilən hər cür əməliyyat və ginekoloji müayinə vaginizm olan xəstələr tərəfindən xoşagəlməz qarşılanır. Vaginizm olan qadınlar adətən tampon və vaginal şam istifadə edə bilmir.
Vaginizmin səbəbləri 90% da psixoloji problemlərlə əlaqədardır. 10% isə orqanik (yəni struktur) səbəblər rol oynayır.
1 - Psixoloji səbəblər:
- qızlıq pərdəsini qorunması ilə əlaqədar uşaqlıqdan qalma qorxular,
- cinsi zədələlər (təcavüz, fiziki zorakılıq, pornografik film izləyib iyrənmə, ana atanın cinsi əlaqəsinə şahid olma kimi)
- hamilə qalma, abort, doğuş qorxuları,
- həddindən artıq ağır cəmiyyət nizamı içində həyat, ağır əxlaq qaydaları və tabular,
- cinsi əlaqəyə günahkarlıq, ayıb kimi yanaşma,
- ilk gecə ilə əlaqədar yanlış, şişirdilmiş məlumatlar , ilk gecədə ağrı və ya qanaxmanın çox olacağı düşüncələr və s.
2 - Orqanik (struktur) vaginizmin səbəbləri:
- qızlıq pərdəsinin qalın və yüksək kənarlı olması,
- qızlıq pərdəsinin digər anormallıqları (ara bölməli və ya ələk şəklində qızlıq pərdəsi quruluşu),
- vagina içindəki ara bölmələr,
- bartolinit,
-vulvar-vestibulit sindromu
- vaginit.
Daha əvvəl heç vaginizm problemi olmayanlarda belə yaşanmış pis təcrübələr (çətin doğuş, abort, kobud edilən bir ginekoloji müayinə kimi vəziyyətlər) nəticəsində də vaginizm inkişaf edə bilər. Bütün bu səbəblərə görə düzgün ginekoloji müayinənin əhəmiyyəti böyükdür. Bu səbəbdən vaginizm müalicəsinə başlamadan əvvəl ginekoloji müayinədən hər bir qadın keçməlidir. Ancaq bu şəkildə ən uyğun müalicə yanaşması seçiləcək.
SAĞLAM YAŞAMANIZ DİLƏYİLƏ : DR.CƏLİL BAĞIROV
Devamını Oku
Mastopatiya

Mastopatiya

Mastopatiya - süd vəzisinin xoşxassəli törəməsidir. Hal-hazırda ən geniş yayılmış xəstəliklərdən biridir. Lakin onun xoşxassəli olmağı “narahat olmamalıyıq” demək deyil. Mastopatiya adı altında süd vəzisinin fibradenoması,axacaqdaxilipapillomatoz,mastopatiya birləşir.Qeyd edim ki,mastopatiya gələcəkdə xərçəngə də çevrilə bilər.Odur ki,vaxt itirmeden yoxlanin!!!

Devamını Oku
Uşaqlıq boynunun eroziyası kimdə yarana bilər?

Uşaqlıq boynunun eroziyası kimdə yarana bilər?

 
Uşaqlıq boynunun eroziyasını istənilən yaşda aşkar etmək mümkündür, lakin bu diaqnoz çox vaxt 20-35 yaşlı gənc qadınlara qoyulur. Bu xəstəliyə tez-tez cinsi həyat keçirən qadınlarda rast gəlmək olur, lakin eroziya qız uşaqlarında və doğmayan qadınlarda da yarana bilər. Psevdoeroziya riski yeniyetmə qızlarda, gənc qadınlarda və hamiləlik əleyhinə tabletlər qəbul edən qadınlarda daha yüksək olur. Həqiqi 
eroziya riski seksual partnyorlarını tez-tez dəyişən qadınlarda da yüksək olur. Uşaqlıq boynunun displaziyası riski də seksual partnyorlarını tez-tez dəyişən qadınlarda, habelə cinsi həyata 18 yaşından əvvəl başlayan şəxslərdə və siqaret çəkən qadınlarda yüksək olur.

Uşaqlıq boynunun eroziyasının simptomları və əlamətləri
Əksər hallarda uşaqlıq boynunun eroziyası simptomsuz keçir, buna görə də bu diaqnoz çox vaxt təsadüfən, ginekoloq tərəfindən növbəti profilaktiki baxış zamanı qoyulur. Buna baxmayaraq, uşaqlıq boynunun eroziyası seksdən sonra qanlı ifrazatlarla (çəhrayı, palıdı və ya tünd palıdı) və ya gözlə görünən səbəblər olmadan da özünü büruzə verə bilir. Eroziya zamanı ifrazatlar xoşagəlməz qoxu verə bilir. Ifrazatların xoşagəlməz qoxu verməsi iltihaba işarə edir.
Sağlıqlı yaşamaq diləyilə : Dr. Cəlil Bağırov

Devamını Oku
Polikistoz yumurtalıq sindromu (PYS)

Polikistoz yumurtalıq sindromu (PYS)


Polikistoz yumurtalıq sindromu (PYS) gənc xanımlarda görülən, ovulyasiyanın olmaması və ya pozulması, adət nizamsızlığı və tüklənmə ilə özünü göstərən, hamilə qala bilməməyin ən sıx səbəbidir.
PYS- piylənmə və insulin rezistenliyi ilə birlikdə tez-tez görülür və xəstəlik tablosu bu faktorların də əlavə olunması ilə daha da ağırlaşır. Ovulyasiya pozğunluğu, südvəzi və uşaqlıq xərçəngi riskini artırarkən, tüklənmə isə xanimin özünü yaxşı hiss etməməsinə və bu səbəbdən həyat keyfiyyətinə mənfi təsir edir. PYS diaqnozu olan qadınlarda insulin rezistenliyi və piylənmə kimi əlavə faktorlar səbəbiylə ateroskleroz,şəkərli diabet, hiperlipidemiya,arterial hipertenziya və xərçəng riski artmışdır.
Hirsutizm isə qadınlarda kişi tipi (kişiyə xas tüklənmə bölgələrində olması şərtdir) tüklənmənin verilən addır. Bu tüklər kişilərə xas bölgələr olan çənə, dodaq üstü, südvəzi, göbək altı və üstü, kürək, omba üstü, üst qol bölgəsi və baldırların daxili hissəsində çıxar. Çıxan tüklər sərt, tünd rəngli və qalın xüsusiyyətdədir.Hirsutizm bir xəstəlikdən çox, bir xəstəlik əlaməti olaraq təyin oluna bilər. Bu səbəblə də müalicəsi altda yatan səbəbə görə fərqlilik göstərir.
Hirsutizm isə qadınlarda kişi tipi (kişiyə xas tüklənmə bölgələrində olması şərtdir) tüklənmənin verilən addır. Bu tüklər kişilərə xas bölgələr olan çənə, dodaq üstü, südvəzi, göbək altı və üstü, kürək, omba üstü, üst qol bölgəsi və baldırların daxili hissəsində çıxar. Çıxan tüklər sərt, tünd rəngli və qalın xüsusiyyətdədir.Hirsutizm bir xəstəlikdən çox, bir xəstəlik əlaməti olaraq təyin oluna bilər. Bu səbəblə də müalicəsi altda yatan səbəbə görə fərqlilik göstərir.Sağlam yaşamaq diləyilə : Dr. Cəlil Bağırov

Devamını Oku
"Adət dövründə hamilə qalınmaz..." əfsanesi

"Adət dövründə hamilə qalınmaz..." əfsanesi


Qızlarda cinsi əlaqə haqqında biliklər oğlanlara nisbətən gec formalaşır. Onlar hətta cinsi əlaqə haqqında nağıllara da inanırlar. Təbii ki, bunların heç bir əsası yoxdur. Ancaq etiraf edin ki, siz də bu nağıllara nə vaxtsa inanmısınız. Həmin əfsanələrdən biri də
"Adət dövründə hamilə qalınmaz" əfsanəsidir
Adət dövründə cinsi əlaqənin zərərli olduğunu hamımız bilirik. Tercih edilir edilməz orasını bilmərik. Adamın özünə qalmış bir vəziyyətdir. Lakin adətliyken hamilə qalınmaz kimi qəti bir düşüncə səhvdir. Adətliyken qətiliklə hamilə qalmazsınız zəmanətini vermək mümkün deyil.
Bəziləri "Adet dönemindəyəm, hamilə qalmaram" deyə düşünərək qorunmasız seks etməkdədir.
Görülən hər qanamanın adət qanaması bilməyəcəyini unutmamaq lazımdır. Bir çox qadın iki adət dövrü arasında yumurtlayar və ən həssas dövr bu dövrdür.
Ancaq edilən araşdırmalar bəzən vaxtsız yumurtaların da söz mövzusu ola biləcəyini göstərir.
Normalda adət dövründə atılan yumurta xaricində sağlam başqa yumurtalar da çıxarılmış ola bilər. Bu yumurtalar adət dövrü bitmədən və ya dərhal adət dövrünü təqib edən günlərdə buraxıla bilər. Bu dövrdə qorunmasız cinsi əlaqəyə girildiyində hamilə qalmamaq üçün heç bir səbəb yoxdur.
Ovulyasiya söz mövzusu olduğunda yumurtaların həyatı müddəti 4-5 gündür. Adətliykən qadın bədəninə girən spermalarında 4 günə qədər yaşamaq xüsusiyyətlərini qoruduğunu düşünülsə o an olmasa belə irəliləyən günlərdə də hamilə qalma ehtimalınız var. Necə hamiləlik hesablanarkən tam olaraq hansı gün döllənmə olduğunu təsbit etmək mümkün deyil. Bu səbəblə hamiləlik həftəsi son adət gününün ilk günündən etibarən hesablanır.
Adət dövründə əlaqəyə girərkən qorunmaq, infeksiyalara qarşı qorunmaq üçün əhəmiyyətlidir. Yoxsa çirkli qanın atıldığı, adət qanamasının pis olduğu kimi bir vəziyyət yoxdur. Yalnız hər iki tərəfdən birində infeksiya varsa adət dövründə qorunmasız cinsi əlaqə əsnasında yayılma ehtimalı artmaqdadır.
Yaşamınızın sağlam olmaq diləyilə : Dr.Cəlil Bağırov
Devamını Oku