Op. Dr. Cəlil Bağırov - Ailə Həkimi Ginekoluq

Op. Dr. Cəlil Bağırov - Ailə Həkimi Ginekoluq

Op. Dr. Cəlil Bağırov - Ailə Həkimi, Ginekoloq Azərbaycan Tibb Universitetini bitirib. Almaniyada "Onko Ginekologiya", “Endokrin ginekologiya”, “Pilləli autoterapiya”, “Homotoksikologiya” üzrə nəzəri və praktiki biliklərə yiyələnib.
Türkiyədə isə “Meme hastalıkları ve Meme cerrahisi" təhsilini alıb. Eyni zamanda, “Onkoplastik meme cerrahisi, Mamografi ve meme ultrasonu” üzrə nəzəri və praktiki biliklərə yiyələnib.
Həmçinin, “Süd vəzləri patalogiyası (Ginekomastiya, mastit, mastopatiya, kista, lipoma, fibroadenoma, yağ nekrozu, intraduktal papillom.)”, “Endokrin ginekologiyanın profilaktikası, diaqnostikası və müalicəsi” üzrə fəaliyyət göstərir.
Həkim bir çox assosiasiyaların üzvüdür, beynalxalq seminarların, simpoziumların və elmi konfransların daimi iştirakçısıdır.
 Üzvü olduğu qurumlar:
 “Cinsellik ve cinsel Tedaviler Derneyi”;
 “Azərbaycan Andrologiya Assosiasiyası Cəmiyyəti”;
 “Meme Hastalıkları Dernekleri Federasyonu”;
 “Meme Cerrahisi Derneyi”.
📝 Müalicə etdiyi sahələr:
 Kişi və qadın xəstəlikləri;
 Sonsuzluq;
 Cinsi və qeyri cinsi yolla keçən infeksiyonlar;
 Uşaqlığın mioması, fibroması;
 Uşaqlıq artımlarının şişləri;
 Yumurtalıq polikistoz sindiromu;
 Adət pozğunluqları, klimakterik sindrom;
 Cinsi inkişafın pozğunluqları;
 Südvəzilərinin dishormonal xəstəlikləri;
 Mastopatiya;
 Masit;
 Süd vəzisində ağrılar;
 Fibroadenoma;
 Südvəzisi xərçənginin profilaktikası.
 Əməliyyatsız "əməliyyatlar":
 Döş böyütmə, kiçiltmə və dikləşdirilməsi;
 Vagina daraldılması;
 Sellülütin müalicəsi.
🤳 #CəlilBağırov 📞 (+994 50) 423 33 40
Devamını Oku
Dr.Cəlil Bağırov "Uşağlığın gözyaşları"

Dr.Cəlil Bağırov "Uşağlığın gözyaşları"


Qadın üçün aybaşının yeddi günə qədər davam etməsi normaldır. Əgər aybaşı dövrü nizamlı deyilsə, qanama müddəti normaldan uzun və çox isə, qanama dövrləri dəyişiklik göstərir isə, anormal uşaqlıq qanaması meydana gələ bilər.
Adet dövrü əsnasında yumurtalıqlardan ifraz olunan estrogen və progesteron hormonu uşaqlığın iç səthini örtən endometrium dediyimiz təbəqədə dəyişikliklərə səbəb olur. Hər ay, adətin başlamasından təxminən 12-14 gün sonra yumurtalıqlardan hər hansı birindən yumurta sərbəst buraxılar. Bu hadisəyə yumurtlama adı verilir. Yumurta fallopian-balon deyilən kanalından hər hansı birinin içinə girərək sperma ilə dölleneceği yerə çatmağa çalışır. Əgər yumurta döllenmez isə hamiləlik meydana gəlməz və hormon səviyyələri azalmağa başlayır və azalma davam edincə uşağlığın içində inkişaf edən toxuma töküləcəkdir. Bu tökülmə aylıq aybaşı qanaması dövrünü ifadə edər-"Uşaqlığın Gözyaşları ..."
Adet dövrü qanama dövrünün ilk günündən etibarən başlayır və gələcək dövrünün ilk gününə qədər davam edər. Adet dövrü təxminən 28 gün çəkir, lakin bundan daha uzun və qısa ola bilər. Əgər dövr 35 gündən daha çox və ya 21 gündən qısa isə anormal olaraq düşünülməlidir.Normal olmayan bu vəziyyətin, müxtəlif səbəbləri olabilir.Eger adet dövrünüz gecikir isə həkimə müraciət etməyiniz məsləhətdir...

Sevgi ve Saygilarimla : Dr.Cəlil Bağırov

Devamını Oku
Dr.CəlilBağırov Xocalı Soyqırmı

Dr.CəlilBağırov Xocalı Soyqırmı

Ezizim,ay qerenfil,
Qan yaddaşi qerenfil...
Alinsin,elim-obam,
Gülesen sen qerenfil...
Iyirmi altı fevral,
Vermedi bize macal...
Körpece ürkekleri,
Qana buladi deccal...
Göydeki quşlar ağlar,
Baxib dolanar ağlar...
Hemin gun,buludlar da
Başina qara bağlar...
Qelbimin başi qandir
Mewel tonqalin yandir
Imzala şad varaği!
Bizleri az usandir...
Hami Veten isteyir,
Canina qurban deyir...
Böyukden kiçiyedek
Hami hünerle gedir!!!
Qoy alinsin torpaqlar,
Dalğalansin bayraqlar
Yeddi dağdan her yana
Görsensin qoy tonqallar...
Xari bülbül yaşasin,
Şuşa herset qalmasin!!!
Torpaqlari görmemiş,
Celil, ölüm almasin!!!
26.02.2017 02:01
Devamını Oku
Su çərşənbəniz mübarək!

Su çərşənbəniz mübarək!



Əziz və sevgili dostlarim,gözel insanlar! Sizin hər birinizi İlk Su Çərşənbəsi münasibətilə təbrik edirəm.Allahdan hər birinizə möhkəm can sağlığı,bol ruzi və xoşbəxtlik arzulayıram.Suyu dərmana görə yox sadəcə təlabatınızı ödəmək üçün içəsiniz.
..Allaha əmanət olun... Sevgi ve saygilarimla : Dr. CƏLİL BAĞIROV
Devamını Oku
Dr. Cəlil Bağırov| Qreyfrut və Süd vəzi

Dr. Cəlil Bağırov| Qreyfrut və Süd vəzi


Kolumbiya Universitetində aparılan tədqiqatlara görə qreyfrut və qreyfrut şirəsi bəzi dərmanların qandakı təsirini artıraraq yüksəldə bilər. Bu səbəblə dərmanların yan təsir riski artır.Bəzi dərmanları istifadə edən xəstələrin diqqətli olması lazımdır. Çünki qreyfurt qaraciyərimizdə olan Sitokrom p450 deyilən bir fermentə təsir edir. Sitokrom p450 qaraciyərimizdə və bağırsağımızda, çöldən aldığımız dərmanları metabolizə edər və bu dərmanları zərərsiz hala çevirərək bədənimizdən atar.Bu fermentə təsir edib işləmədikdə dərmanlar metabolizə edilmədiyi üçün bədəndə yığılaraq zəhərləyici təsir edər. Xüsusilə xolesterol dərmanlarından, allergiya dərmanlarından, HIV müalicəsində istifadə dərmanlarda, bəzi antidepresanların istifadə edənlərin bu mövzuda diqqətli olmalarında fayda var. Bir stəkan qreyfurt suyu içilməsi belə bu təsirə səbəb ola bilər. Qreyfurt suyunun təsirinin keçməsi üçün ən azı 24 saat keçməlidir. Xanımlar daha çox diqqətli olmalıdır! Qreyfrut estrogenlərin bədəndə paylanmasina maneə törədə bilər.Buda qandakı estrogen səviyyəsini artıra bilər. Qanda uzun davamlı olaraq yüksək səviyyədə estrogen olmasının südvəzi xərçəngi riskini artırmaqdadır.Eyni zamanda doğum idarə həbi istifadə edərkən qreyfrut istifadəsindən uzaq durulmalıdır.Sağlam yaşamaq diləyilə : Dr. Cəlil Bağırov

Devamını Oku
İri süd vəzlərinə son(kəsiksiz)

İri süd vəzlərinə son(kəsiksiz)


Tarix boyunca böyük süd vəzisi qadınlıq rəmzi sayılıb, lakin günümüzdə böyük süd vəzi bir qüsur olaraq qəbul edilir. Yetkin dövrdə süd vəzin ölçülərinin bədən ölçülərinə görə böyük və sallaq olması "makromastiya”, cinsi inkişaf dövründə isə "giqantomastiya” adlanır. Süd vəzin ölçüləri bir çox səbəbdən böyüyə bilər:
1. Genetik faktor; 
2. Hormonal dəyişikliklər;
3. Kilo almaq;
4. Hamiləlik və süd vermək.
▶Böyük süd vəzi yalnız estetik problem deyil. Belə ki, süd vəzin böyüklüyünə bağlı olaraq qadında boyun və kürək ağrıları, baş ağrıları olur, eyni zamanda bel donqarlığı yaranır. Qadınların əksəriyyətini əməliyyat olunmağa məcbur edən məhz bu xronik ağrılardır. Böyük süd vəziləri olan qadınlar təmizlik problemləri ilə,südvezi altında dermatitlərlə, pis qoxuyla, göbələk infeksiyaları ilə sıx-sıx üzləşirlər. Nadir olaraq, sinirləri sıxma səbəbiylə əlin 4 və 5-ci barmaqlarında ağrı və keyləşmə ola bilər. Nəfəs almada güclük çəkə bilərlər. Həmçinin böyük süd vəzilər qadının əmək qabiliyyətini də məhdudlaşdırır, paltar seçimində çətinlik yaradır, qadının özünü bəyənməsində psixoloji və sosial problemlər törədir...
Heyatdan ve yaşamdan zövq almaq dileyile : Dr.Cəlil Bağırov
Devamını Oku
Dr.Cəlil Bağırov|"Hamilelik testləriylə" bağli bilmedikleriniz...

Dr.Cəlil Bağırov|"Hamilelik testləriylə" bağli bilmedikleriniz...




1. Bütün ev şəraitində istifadə olunan hamiləlik testlərinin iş prinsipi eynidir - onlar sidikdə "hamiləlik hormonu" olan xorionik qonadotropin (XQ) hormonunu təyin edir. Hamilə olmayan qadının orqanizmində bu hormon olmur. XQ hormonu embrion (döl) uşaqlıq boşluğu divarına implantasiya etdikdən ("yapışdıqdan") sonra döl yumurtası tərəfindən ifraz olunmağa başlayır. Daha sonra hormon qadının qanına düşür. Məhz bu səbəbdən qanda XQ daha tez təyin olunur. Laboratoriyalarda hamiləliyi təyin etmək üçün xüsusi qan testləri aparılır. Bu test hamiləliyi daha erkən təyin edir. Orqanizmdə olan bütün qan böyrəklərdə keçir və burada təmizlənir. Nəticədə XQ qandan böyrəklərə, böyrəklərdən isə sidiyə düşür və burada testin köməyi ilə təyin olunur.
2. Bahalı və ucuz hamiləlik testləri eyni işləyir və testin qiyməti onun dəqiq olub-olmadığına təsir etmir.
3. Testi günün istənilən vaxtı etmək olar. Lakin həkimlər bunu sübh tezdən etməyi tövsiyə edir. Gecə yuxusundan sonra sidik daha "qatı" olur ki, XQ sidikdə daha çox olur. Əgər qadın test etdikdən əvvəl çoxlu maye qəbul edibsə, test yanlış mənfi nəticə göstərə bilər.
4. Sidik testə düşdükdən sonra 1 zolaq mütləq görünməlidir. Bu kontrol zolaqdır. Əgər kontrol zolaq çıxmırsa və ya solğun çıxırsa, deməli hamiləlik testi xarabdır və ya onun yararlıq müddəti bitib. Bu halda aptekdən təzə test almaq lazımdır.
5. Testin nəticəsi əksər hallarda 5 dəqiqə ərzində qiymətləndirilir. Əgər bu müddət ərzində testdə 2-ci zolaq çıxmayıbsa, nəticə mənfi sayılır (yəni hamiləlik yoxdur). 10 dəqiqədən artıq nəticə gözləməyin. Vaxt keçdikcə, hava və s. xarici təsirlər nəticəsində test yanlış nəticə göstərə bilər.
6. Farmasevtlərin sözünə görə, hamiləlik varsa, test bunu mütləq göstərəcək. Yəni yanlış nəticənin ehtimalı, demək olar, sıfıra bərabərdir. Lakin bəzən qadınlar tələsir və testi lazım olandan daha tez edir. XQ yalnız mayalanmış yumurta hüceyrəsi uşaqlığın divarına implantasiya etdikdən sonra ifraz olunmağa başlayır. Bundan tez yox. 7. Əgər testdə 5 dəqiqə ərzində nazik da olsa ikinci xətt görünübsə, test müsbət sayılır. Növbəti gün testi təkrar etmək lazımdır - zolaq tündləşəcək. Bu hamilə qadının qanında XQ hormonunun sürətlə artması ilə bağlıdır.
8. Bəzən hamiləlik testi yanlış müsbət nəticə verə bilər. Bu hormonal müalicə alan (inyeksiya şəklində XQ hormonu alan) qadınlarda mümkündür. Testin digər yanlış müsbət nəticəsinin səbəbi qadında yumurtalıq şişin olmasıdır. Məhz bu səbəbdən hamiləliyin əvvəlində (təxminən 5-6-cı həftələrində) qadın USM-dən keçməlidir. USM zamanı dölün uşaqlıq boşluğu daxilində olması müəyyən edilirsə, hamiləlik təsdiq olunmuş sayılır.
9. Uşaqlıqdan kənar hamiləlik zamanı da test müsbət nəticə göstərir. Lakin uşaqlqıdan kənar hamiləlik zamanı XQ daha yavaş artır ki, testdə 2-ci xətt uzun müddət ərzində solğun çıxa bilər. Belə solğun ikinci xətdən uşaqlıqdan kənar hamiləlikdən şübhələnmək olar.
10. Kişilərdə hamiləlik testi... müsbət nəticə verə bilər. Xaya xərçəngi zamanı kişinin orqanizmində XQ hormonu ifraz olunmağa başlayır ki, hamiləlik testi də müsbət nəticə göstərir.
Sağlam yaşamağiniz dileyile : Dr.Celil Bağirov
Devamını Oku
Dr.Cəlil Bağırov|"Menstruasiya" əfsanevi fikirlər...

Dr.Cəlil Bağırov|"Menstruasiya" əfsanevi fikirlər...


Menstruasiya dövrü ilə əlaqədar ağızdan-ağıza yayılan məlumatlar zamanla doğru kimi qəbul edilir. Lakin menstruasiya dövrləri fərqli xüsusiyyətlər daşıyan dövrdür. Menstruasiya dövrüylə əlaqədar bir çox mif vardır.
◇Menstruasiya dövründə idman etmək olarmı?
-Menstruasiya dövründə hər cür idmanla məşğul ola bilərsiniz. Menstruasiya dövründə edilən fiziki məşqlər ağrını sakitləşdirə bilir, hətta bəzən idman uşaqlığın ağrılı sıxılmalarını belə rahatlaşdırır. Bu səbəblə menstruasiya dövründə idman etmək təhlükəli deyil. ◇Menstruasiya sancıları doğumdan sonra keçə bilərmi?
-Bəzi qadınlarda hamiləlik və əmizdirmə əsnasında dəyişən hormonlar ucbatından menstruasiya sancıları hamiləlikdən dərhal sonrakı dövrdə azala bilər. Hamiləlik və uşağın sayı artdıqca menstruasiya sancılarının azalma ehtimalı da artır. Ancaq endometriozla bağlı menstruasiya ağrıları olan xanımlarda bir müddət sonra menstruasiya ağrıları yenə əvvelki səviyyəsinə geri dönə bilər. Bu vəziyyətdə endometrioz xəstəliyinin diaqnozu üçün laparoskopik müayinədən keçmək lazımdır ve müvafiq mualiceler olunmalidir. ◇Menstruasiya dövründə hamilə qalmaq olarmı?
-Ümumiyyətlə, yumurtlama dövrü menstruasiyanın birinci günündən etibarən 10-18 gün sonradır. Lakin nadir də olsa, daha erkən yumurtlamalar ola bilər. Bu səbəblə menstruasiya tam bitməmiş olsa da cinsi əlaqə hamiləliklə nəticələnə bilər.
◇Menstruasiya qadının ovulyasiya (yumurtlama) keçirdiyinə sübutdur!
- Belə bir şey söz mövzusu deyil. Əgər qadınlarda ovulyasiya (yumurtlama) olmursa belə, hormonal dalğalanmaların nəticəsi olaraq nizamlı menstruasiya ola bilər. Eyni zamanda nizamlı menstruasiya olmağın səbəbi orqanizmdən atılan qanlar ola bilər. Nəticə olaraq bir qadinın nizamlı menstruasiya olması onun ovulyasiya dövrünə girdiyi mənasını verməz.
◇Qadınlar hər menstruasiya dövründə birdən çox yumurtlama dövrü keçirə bilərlər.
-Yumurtlama hər menstruasiya dövründə yalnız bir dəfə olur. Ovulyasiyanın ikinci dəfə olma ehtimalı haradasa qeyri-mümkündür. Birdən çox yumurtlamanın yetkinləşdiyi hallarda, yumurtalar bir-birlərini 24 saat içində buraxır. Amma yuxarıda da ifadə etdiyim kimi, bu, demək olar ki, qeyri-mümkündür. Yəni hər qadının hər ay yalnız bir ovulyasiya dövrü vardır. Və hamilə qalmaq üçün bu tarixin bilinməsi lazımdır. Hər qadının ovulyasiya tarixi (yumurtlama tarixi) menstruasiya tarixinin 14-cü günüdür.
◇Başqa bir yanlış məlumat olan "Hər qadın 28 gün menstruasiya dövrü keçirir" əfsanəsi sayəsində belə bir düşüncə meydana gəlmişdir.
-Hər iki məlumat da səhvdir. Nə hər qadınının menstruasiya dövrü 28 gündür, nə də hər qadının yumurtlama tarixi menstruasiya dövrünün 14-cü günüdür. Qadınlarda menstruasiya dövrü 24-35 gün arasında dəyişir (bəzi hallarda daha da uzun çəkə bilər). Qadınların böyük əksəriyyətində menstruasiya dövrünün 11-ci günü ilə 21-ci günü arasında bir gün yumurtlama olur.
Sağlam yaşamağiniz dileyile : Dr.Celil Bağirov
Devamını Oku
 Qadinlarda baş verən Xerçengin elametleri...

Qadinlarda baş verən Xerçengin elametleri...




Hər il bütün dünyada müxtəlif növ xərçəng xəstəliklərinə tutulan və bu xəstəliklərdən dünyasını dəyişən insanların sayı artmaqdadır. Bu hal Azərbaycanda da kifayət qədər izlənilir. Nəzərinizə çatdıraq ki,hal- hazırda ilkin mərhələlərində aşkar olunmuş xərçəng xəstəliklərinin əksər hissəsi çox uğurla müalicə olunur, insanlar tam sağalır və daha sonra adi həyat sürürlər. Lakin əsas problem ondan ibarətdir ki, xərçəng xesteliyi çox hiyləgər ve arxadan vuran bir dost xəstəliyidir və ilkin mərhələlərdə əksər hallarda özünü çox cüzi simptomlarla büruzə verir. Lakin məlumatlı insan bu simptomları vaxtında görüb həkimə müraciət edə bilər. Xanimlarimiz utancliğindanmi,hansisa bir sebeblerden hekime gec muraciet edirler.Meqsedim ise yazdigim fikirlerin az da olsa xeyrinize olmasudir.Qadın cinsiyyət sistemi onkoloji xəstəliklərinə göre bütün dünyada kifayət qədər tez-tez təsadüf edilir. Qadınlar arasında sûdvezi xerçengi, uşaqlıq boynu xərçəngi ən tez-tez təsadüf edilən xərçəng növleridir. Bəs bu xərçəngin əlamətləri hansılardır.Vaxtinda bilinen xesteliyin mualicesi hem size rahatdir ve hemde biz hekimlere.Beleki qadın cinsiyyət sistemi xərçənginə bu kimi əlamətlər aid edile bilər:
1. Qarın nahiyəsində ağrılar. Belə ağrılar qadını daim narahat edir, göbəkdən aşağıda hiss olunur, sıxıcı xarakter daşıyır. Ağrıların menstruasiya qabağı sindromu ilə əlaqəsi olmur. Belə ağrılar yumurtalıqlar, uşaqlıq boynu, uşaqlıq yolu, uşaqlıq xərçənginin simptomu ola bilər.
2. Qarında köp. Əgər köp qadını tez-tez narahat edirsə, keçmirsə, bu yumurtalıqlar xərçənginin simptomu ola bilər.
3. Bel nahiyəsində olan daim ağrılar da yumurtalıqlar xərçənginin simptomu ola bilər.
4. Qadın cinsiyyət sistemi xərçənginin ən xarakterli simptom qanaxmalardır. Menstruasiya zamanı qanaxmanın həddən artıq güclü olması, menstruasiyalar arasında "səbəbsiz" qanaxmalar, cinsi əlaqə zamanı və cinsi əlaqədən sonra qanaxmalar uşaqlıq boynu və yumurtalıqlar xərçənginin əlaməti ola bilər.
5. Hərarətin daim səbəbsiz olaraq qalxması xərçəngin əlaməti ola bilər. 6. Qəbizliklə növbələşən ishal, köp qadın cinsiyət sistemi xərçənginin əlaməti ola bilər.
7. Bədən çəkisinin səbəbsiz olaraq azalması. Əgər qadın heç bir pəhriz saxlamır, adi qaydada qidalanır, lakin ona baxmayaraq 1 ay ərzində 3 kq və bundan artıq çəki itiribsə, bu ciddi simptom sayılır.
8. Uşaqlıq yolundan anomal ifrazatların (qanlı, irinli) olması, uşaqlıq yolunun rənginin dəyişilməsi, burada yaraların, qabarların və s. əmələ gəlməsi cinsiyət sistemi xərçənginin əlaməti ola bilər.
9. Qadının süd vəzilərində istənilən dəyişikliklər (dərinin rənginin dəyişilməsi, döşdə yenitörəmənin aşkar olunması, döş giləsinin formasının dəyişilməsi, gilələrdən ifrazatların olması - qanlı, irinli və s.) süd vəzi xərçənginin əlaməti ola bilər.
10. Xroniki səbəbsiz yorğunluq xərçəngin ən yayılmış simptomlarından biridir.
Her zaman sağlam yaşamaniz dileyile : Dr.Celil Bagirov
Devamını Oku
Süd Vəzisi Xərçəngi Müalicəsi

Süd Vəzisi Xərçəngi Müalicəsi

Süd Vəzisi Xərçəngi Müalicəsi

cerrahiSüd vəzisi xərçənginin müalicəsi üçün qrup işi lazımdır.  Bu qrupun içində xəstənin əməliyyatını həyata keçirən ümumi, cərrah xemoterapiya tətbiq edən onkoloq, şüa müalicəsini həyata keçirən radiasiya onkoloqu, diaqnoz qoyulmasını təmin edən radioloq və patoloq ilə birlikdə xəstəyə yeni süd vəzisi düzəltmək üçün plastik cərrah olmalıdır. Süd vəzisi xərçəngi sadəcə xəstəyə deyil, ətrafındakı insanlara da psixoloji anlamda vacib dərəcədə təsir edən bir problemdir. Belə bir həkimlər qrupunun içində psixoloji dəstək verən bir psixoloq və ya psixiatr da olmalıdır. Bu həkimlər süd vəzisi xərçəngi mövzusunda savadlı və mütəxəssis olmalıdırlar.
Süd vəzisi xərçəngi üçün müxtəlif müalicə texnikaları var. Bunlar tək və ya birlikdə tətbiq edilə bilər.
1-Cərrahi müalicə
2-Radioloji terapiya ( Şüa müalicəsi )
3-Xemoterapiya ( Dərman müalicəsi )
4-Hormonoterapiya (Hormon müalicəsi)
CƏRRAHİ MÜALİCƏ
Xəstənin müalicəsi xərçəngli toxumanın cərrahi yolla çıxarılması ilə başlayır. Lazımi hallarda qoltuq altı limfa vəziləri də təmizlənir. Günümüzdə süd vəzisi xərçənginin müalicəsində bir neçə müxtəlif cərrahi müdaxilə metodları istifadə edilir. Bu metodlar: 1- Süd vəzisinin cərrahi yolla tamamilə alındığı əməliyyatlar; 2-Sadəcə şişin alınıb süd vəzisi toxumasının qorunduğu əməliyyatlar olaraq əsas 2 qrupa bölünür.
Keçmiş illərdə bütün süd vəzisi toxumasının çıxarıldığı geniş cərrahi əməliyyatlar aparılırdı. Xərçəngin diaqnozunun daha erkən qoyulması, zamanla əməliyyatları minimal vəziyyətə gətirdi. Günümüzdə sadəcə xərçəngli sahənin çıxarılması və süd vəzisinin qorunması, qoltuq altı limfa vəzilərindən isə nümunə alınması sayəsində xəstələrdə müvəffəqiyyətli nəticələr əldə edilir.
Süd vəzisini qoruyan cərrahi əməliyyatlarda xərçəngli toxuma çıxarılaraq süd vəzisinin yerində buraxıldığı əməliyyatlardır. Erkən diaqnoz qoyulan xəstələrdə süd vəzisini qoruyan əməliyyatlar aparılır və beləliklə də süd vəzisini almaqa ehtiyac qalmır. Xüsusilə də erkən dövrdə olan süd vəzisi xərçənglərində süd vəzisini qoruyan əməliyyatlara əlavə olaraq qalan süd vəzisi toxumasına radioterapiya tətbiq edilir. Bu yolla aparılan müalicələrin müvəffəqiyyət səviyyəsi bütün süd vəzisinin alınması qədər yüksəkdir.
Gecikmiş süd vəzisi xərçənglərində süd vəzisinin bir neçə yerində xərçəng tapılması kimi hallarda və ya bəzi çox bədxassəli süd vəzisi xərçənglərində süd vəzisini tamamilə almaq lazım gələ bilər. Belə vəziyyətdə istəyən xəstəyə eyni anda yeni süd vəzisi toxuması da nəql edilə bilər.
Bütün süd vəzisinin alındığı hallarda xəstəyə radioterapiya tətbiq etməyə ehtiyac qalmır. Qoltuq altı limfa vəzilərindən biopsiya məqsədilə nümunələr alına bilər. Bu ayrı bir kəsik atılaraq həyata keçirilir.
Tətqiqatlar nəticəsində məlum olmuşdur ki, bütün süd vəzisinin alındığı əməliyyatların, süd vəzisini qoruyan əməliyyatlarla müqayisədə heç bir üstünlüyü yoxdur. Yəni daha kiçik bir süd vəzisi cərrahiyəsini tətbiq edərək də eyni müvəffəqiyyətli nəticələri əldə etmək olur. Bunun üçün əsas şərt xərçəngin çox inkişaf etmiş olmamasıdır.

LİMFA VƏZİSİ BİOPSİYASI
(sentinel limfa vəzisi biopsiyası)
Bu metodun tətbiqinə yaxın vaxtlarda başlanmışdır və məqsədi; lazımsız qoltuq altı cərrahiyələrini əngəlləməkdir. Süd vəzisindəki xərçəng hüceyrələrinin köçdüyü qoltuq altındakı ilk limfa vəzisini tapıb çıxarmaq yoluyla həyata keçirilir. Əgər oraya bir sıçrama yoxdursa, bütün qoltuq altı vəzilərinin hamısını çıxarmağa ehtiyac qalmaz.
Bu metodda əməliyyatdan əvvəl süd vəzisindəki şişin ətrafına zərəri olmayacaq miqdarda radioaktiv maddə və/və ya mavi boya ilə incə uclu şpris vasitəsilə hər tərəfini əhatə edərək verilir və süd vəzisindən qoltuq altına doğru gedən ağ qan (limfa) yolu ilə onun çata bildiyi qoltuq altındakı ilk limfa vəzisi tapılır. Əməliyyat zamanı çıxarılan bu limfa vəzisi əməliyyatxanada hazır olan patoloq tərəfindən baxılır. Bu araşdırmanın nəticəsinə görə qoltuqaltı cərrahiyəsinin aparılıb aparılmayacağına qərar verilir. Patoloji müayinə nəticəsi şiş sıçramış olaraq gəldiyi zaman qoltuq alti cərrahiyəsi aparılaraq qoltuq altı limfa vəziləri tamamən təmizlənir. Patoloji müayinə nəticəsi şiş sıçramamış olaraq gəldiyi zaman isə qoltuq altı cərrahiyəsi aparılmır və əməliyyat bu mərhələdə başa çatdırılır.

2- XEMOTERAPİYA
(DƏRMAN MÜALİCƏSİ)

kemoterapiXərçəng hüceyrələrini öldürəbilən dərmanlarla aparılan müalicədir. Bu dərmanlar ağızdan və ya damardan verildikdən sonra bütün bədənə yayılır. Ümumiyyətlə, eyni anda bir neçə dərman birlikdə verildiyi zaman daha təsirli olur. Xemoterapiya, kurs olaraq verilir. 4-6 müalicə kursu planlanır. Hər kurs təxminən 3 həftədir. Bu da cəmi 3-5 aylıq xemoterapiya müddəti deməkdir.
Bəzi hallarda aparılan əməliyyata əlavə olaraq dərman müalicəsi də əlavə etmək lazım gələ bilər. Xəstələrdə əməliyyatdan sonra aparılan müayinələrdə hər hansı sahədə xərçəng qalmamış olsa belə, qoruyucu tədbir olaraq bir müddət dərman müalicəsi aparıla bilər. Bu müalicəyə adyuvan xemoterapiya deyilir.
Neoadyuvan xemoterapiya isə xərçəngin 3-cü mərhələsində olan xəstələrdə mövcud olan şişin ölçülərini kiçiltmək və cərrahiyə əməliyyatına uyğun vəziyyətə gətirmək məqsədilə aparılır. Neoadyuvan xemoterapiyanın bir faydası da aparılan xemoterapiyanın şiş üzerindəki təsirliliyinin müşahidə edilməsidir.

4- HORMON MÜALİCƏSİ
Bəzi süd vəzisi xərçəngi hüceyrələri, daxillərində olan hormon reseptorları vasitəsilə esterogene qarşı həssas ola bilirlər. Yəni esterogen hormonu bu xərçəng hüceyrələrinin böyümələrinə və artmalarına səbəb ola bilər. Hormon müalicəsində məqsəd, daxilində esterogen reseptoru olan və bu hormona həssas olan xərçəng növlərində esterogenin təsirini ortadan qaldıraraq, xərçəngin inkişafının qarşısının alınmasıdır.
Selektiv Esterogen Reseptor Modulyatorları (SERM) arasında ən çox tanınan və uzun illərdir istifadə edilən Tamoksifen-dir. (Nolvadeks). Digər SERM-lər isə toremifen, idoxifen və droloxifen-dir.
Tamoksifen, hormon reseptoru pozitiv olan bütün süd vəzisi xərçəngi olan xəstələrdə istifadə edilir. Əlavə olaraq, süd vəzisi xərçəngi baxımından yüksək riskli olaraq qəbul edilən qadınlarda da istifadə edilə bilər. İsti basma, vaginal qanaxma və axıntı, görmədə pozğunluqlar kimi yan təsirləri ola bilər.

Ovarian Ablasiya; Yumurtalıqlardan esterogen ifrazının tamamilə əngəllənməsidir. Ablasiya, cərrahi olaraq (ovoferektomiya) aparıla bildiyi kimi, dərmanlar və ya radiasiya vasitəsilə də həyata keçirilə bilir.

İNKİŞAF ETMİŞ KÖMƏKÇİ DİAQNOSTİK METODLAR
İYNƏ BİOPSİYASI
Süd vəzinizdə əllə hiss edilən kütlə və ya mammoqrafiyada şübhəli bir sahə olduğu hallarda xəstəliyin dəqiq diaqnozu, sadəcə o sahədən alınan nümunə toxumanın tətqiqi ilə qoyulur. Toxuma nümunəsinin alınmasına biopsiya, alınan hissənin mikroskop altında tətqiqinə və bunun nəticəsində diaqnoz qoyulmasına patoloji tətqiqat deyilir.  Biopsiya əməlyyatxana şəraitində cərrahi metodlar ilə həyata keçiriləcəyi kimi,  o sahəyə sadə bir iynə sancılaraq da nümunə alına bilər.
İynə biopsiyası ən asan proseduradır. Şübhəli yerdən sadə şpris vasitəsilə nümunə almaqdan ibarətdir. Alınan nümunə dərhal boyanıb tətqiq edilə bilər. Bu metodun üstünlükləri sadə, ucuz, sürətli və etibarlı olmasıdır. Uzun müddətli boyama texnikaları lazım gelmediyi üçün xəstəyə dərhal diaqnoz qoyula bilir.
İyne biopsiyasının mənfi cəhətləri: xüsusilə homogen olmayan kütlələrdə diaqnoztika şansının az olması; kütlə çıxarılmadığı üçün aparılan proseduraların müalicəvi təsirinin olmamasıdır. Ayrıca iynə ilə alınan materialı araşdıran patologiya üzrə mütəxəssis bu mövzuda təcrübəli olmalıdır.

İŞARƏLƏMƏ və CƏRRAHİ BİOPSİYA
Əllə hiss edilən kütlənin və ya mammoqrafiyada tapılan şübhəli sahənin əməliyyatxana şəraitində tamamilə çıxarılmasına cərrahi biopsiya deyilir. Cərrahi biopsiya ilə kütlənin hamısı çıxarılıb patoloji tətqiqata göndərildiyinə görə  iynə biopsiyası ilə müqayisədə həm daha etibarlıdır, həm də aparılan iş müalicəvi təsirə malikdir. Cərrahi biopsiyanın mənfi cəhəti isə əməliyyatxana şəraitində həyata keçirilən kiçik müdaxilə olması, maddi tərəfi və dəqiq diaqnoz üçün 2 gün lazım olmasıdır.
Cərrahi biopsiya apara bilmək üçün kütlə əllə hiss edilən olmalıdır. Kütlə kiçikdirsə və ya sadəcə şübhəli bir sahədən ibarətdirsə, əllə hiss edilməyə bilər. Əllə hiss edilməyən kütlələr işarə qoyulmadan çıxarıla bilməz. Işarələmə, çıxarilacaq sahənin əvvəldən ultrasəs və ya mammoqrafiya vasitəsilə tapılması, boya və ya sim ilə görünə bilən vəziyyətə gətirilməsidir.
İşarələmə üçün xüsusi nazik sim və ya metilen mavisi istifadə edilə bilər. Bu prosedura lokal anesteziya ilə həyata keçirilir. Işarələmədən sonra xəstə əməliyyatxanaya alınıb cərrahi biopsiya prosedurası həyata keçirilir.
Devamını Oku
 Dr.Cəlil Bağırov|40 yaş üstü qadınlarda südvəzi xərçəngi riski gənc qadınlara görə 4 qat artım göstərir

Dr.Cəlil Bağırov|40 yaş üstü qadınlarda südvəzi xərçəngi riski gənc qadınlara görə 4 qat artım göstərir

 

Qadınlarda 40 yaşından sonra bədəndə hormonal tarazlığın dəyişməsi ilə birlikdə müxtəlif xəstəliklərlə üzləşirlər.
Necə deyerlər 40 gəldi dərd gəldi... Ancaq heç bir şikayət olmamasına baxmayaraq, menopauz sonrası meydana çıxan bir çox xəstəlik, davamlı müayinə və tədqiqlər sayəsində başlanğıc mərhələsində önlənə bilir.O üzdən 40 yaşın üzərindəki qadınların sağlamlıqlarını qorumaq üçün diqqət etməsi lazım olan nüansları nəzərinizə çatdırmaq istəyirəm...
Həyat keyfiyyətini artırmaq sizin öz əllərinizdədir...
40 yaşın üzərindəki qadınları yüksək təzyiq, piylənmə, hərəkətsiz həyat, diabet, stress və menopauz- xəstəlikləri qıcıqlandırıcı faktorlardır. Əsasən də südvəzi xərçəngi və ürək- damar xəstəliklərində görülən artımlar mövzusunda 40 yaşın üzərindəki qadınların daha diqqətli olması lazımdır. Alınacaq tədbirlərin həyat keyfiyyətini və müddətini artıracağı unudulmamalıdır.
Uzun müddət spirt və siqaretin qəbulu xərçəngə dəvətnamə yaza bilər...
Siqaretin insan sağlamlığı üzərindəki mənfi təsiri məlumdur. Spirt qəbulu da həzm enzimlerini pozub, qaraciyər və beyin üzərində mənfi təsir etməkdədir. Siqaret istifadəsi, başda ürək damar xəstəlikləri olmaq üzrə; ağciyər, yemək borusu,uşaqlıq boynu, mədəaltı vəzin,südvəzin, böyrək və qan xərçəngi riskini artırmaqdadır. Spirt istifadəsi isə qaraciyər və yemək borusu xərçənginə yol aça bilməkdədir.
Südvəzi xərçəngi riski 4 qat artır
40 yaş üstü qadınlarda südvəzi xərçəngi riski gənc qadınlara görə 4 qat artım göstərir. Qadınların müəyyən aralıqlarla öz-özünə südvəzi müayinəsi edərək südvəzi xərçəngini irəli mərhələlərə çatmadan özünə və həkiminə yardımçı olmuş olarlar. Əllə edilən müayinələrdə, südvəzi toxuması və quruluşuunda hər hansı bir dəyişiklik dərhal fərq edilə bilər. Bu da erkən diaqnoz qoyulmasını mümkün edəcək. Əllə müayinə mütləq ayda 1 dəfə edilməlidir. Bunun yanında illik həkim müayinələri və ultrasəs, mamografi kimi müayinələri də etdirmək həyati əhəmiyyət daşımaqdadır.
Doğru qidalanaraq sağlam yaşayın..
Doğru qidalanma ilə birlikdə kifayət qədər su qəbulu, bədən sağlamlığını qorumaq və toksinlərin atılması üçün çox əhəmiyyətlidir. Duz, şəkər, yağ və karbohidratların qəbulu azaldılmalıdır. Bədən çəkisinin normaldan az ya da çox olması müxtəlif sağlamlıq problemlərinə zəmin hazırlayar. Bunun üçün qidalanmaya diqqət edilməsinin yanında gündəlik idman fəaliyyətləri artırılmalıdır. Bədəni yormayacaq şəkildə gündəlik gəzintilər və ya üzmə kimi idmanlar axsatmadan edilməlidir. Fitness ya da yoga da, hərəkətli və sağlam bir həyat üçün əhəmiyyətlidir. Artıq çəki başda ürək damar xəstəlikləri olmaq üzrə diabet, bəzi xərçəng növləri və iflic riskini artırdığı unudulmamalıdır.
Qadınlar üçün həyati əhəmiyyət daşıyan testlər...
40 yaşından sonra qadınların xüsusilə müəyyən şikayətlər başlamadan əvvəl bir sıra əhəmiyyətli xəstəliklərin erkən diaqnozu qoyulmasına yardım edən bəzi müayinələrdən keçməlidirlər. Məsələn uşaqlıqboynu xərçənginin erkən diaqnozunda illik smear testleri və ya bağırsaq xərçənglərinin diaqnozunda nəcis və qan testləri və kolonoskopiya müayinəsi həyati əhəmiyyət daşımaqdadır.
Sümüklərinizi kalsium qəbulu ilə qoruyun...
Osteoporoz yəni sümük əriməsi, asan qırıqlara səbəb olduğu üçün qadınların yatağa bağlı qalmasına səbəb ola bilməkdədir. Daimi idman, gəzinti və kalsium qəbulunu artırmaq osteoporozdan qorunmaq üçün sizə yardımçı olmuş olar. Bunun yanında günəşdən doğru şəkildə istifadə etmək lazımdır. Çox miqdarda qəhvə, siqaret, spirt istifadəsi və bəzi dərmanların qəbulu osteoporoz yəni sümük əriməsi riskini artıra bilər.
Krassvord həll edərək yaddaşınızı gücləndirin...
Yaddaşı güclü etmək üçün yağlı, duzlu və şəkərli qidalardan uzaq dayanmaqla birlikdə idman etmək də əhəmiyyətlidir. Davamlı yeni şeylər öyrənmək və krassvord həll etmək də yaddaşın gümrah qalmasını təmin edəcək. Bununla birlikdə nizamlı cinsi həyatı davam etdirmək həm fiziki,həm də psixoloji baxımdan əhəmiyyətlidir.
Həyatınızın hər bir dönəmində sağlam yaşamaq diləyilə : Dr.Cəlil Bağırov
Devamını Oku
 Dr.Cəlil BağırovYaşınızla birlikdə "Südvəzi xərçəngi" riski də artır

Dr.Cəlil BağırovYaşınızla birlikdə "Südvəzi xərçəngi" riski də artır


Südvəzi xərçəngində ən əhəmiyyətli risk faktorları qadın cinsiyyətinə sahib olmaq və yuxarı yaş həddidir. Yaş irəlilədikcə südvəzi xərçəngi riski artmaqdadır.
Döşdə bu əlamətlərə əhəmiyyət verin
• itməyən kütlə, şişkinlik
• Döş başının içəri çökməsi, axıntı
• Döş dərisində çekinti, portağal qabığı görünüşü, qızartı
• Döşün şəklində dəyişiklik, asimmetriya varlığı
• Döş başında qabıqlanma, soyulma
Döş xərçənglərinin yüzdə 5-10'u ana və atadan irsi olaraq keçən genlərdən qaynaqlanmaqdadır. Mutasiya adı verilən bu dəyişikliklər, ən tez döş xərçəngiylə əlaqəli BRCA1 və BRCA2 genlərində olmaqdadır. Bu genlerin xaricində ailə əhvalatı, heç doğum etməmiş ya da irəli yaşda doğum etmiş olmaq, uzunmüddətli doğum idarə həbi istifadə,abort etmək,əmizdirməmək,menopauz sonrası hormon müalicəsi almaq, çox kilo və piylənmə südvəzi xərçəngi inkişafına yol aça bilən əhəmiyyətli faktorlardandır. Riski artıran səbəblər arasında adət görülən dövrün çox olmasınin da payı vardır. Bu səbəblə hamiləlik ya da əmizdirmə kimi qadınların adət dövrlərini kəsilməyə uğradan faktorlar risk azaldıcı faktorlardan hesab edilir.
Sağlam və güclü olmaq diləyilə : Dr.Cəlil Bağırov
Devamını Oku